Qablaşdırılmış qida istehlakının son illərdə sürətlə artması ilə,
tərkibində qatqılar olan məhsulların başda piylənmə olmaqla bir çox
xəstəliyə yol açdığı bildirilir. Mütəxəssislər uşaq və gənclərin
tez-tez yediyi çips kimi qablaşdırılmış qidaların zərərlərinə də
diqqət çəkiblər.
Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Derya Arğun emala məruz
qalmış qidaların istehlakının yaratdığı problemlər haqqında da
məlumat verib.
“Xüsusilə böyümə və inkişaf dövründə olan uşaqlarda
çips istehlakı olduqca geniş yayılıb. Bu uşaqların daimi olaraq
çips yemələri həm onların inkişafına mənfi təsir edir, həm də
gələcəkdə onların piylənməsinə səbəb olur. Nəhayət, çips dediyimiz
şey xalis formada yağdan ibarətdir. Bir il mütəmadi olaraq çips
yeyən uşaq təxminən doqquz kilo çəki alır. Çips istehlakı diabet,
yüksək təzyiq, ürək-damar xəstəlikləri və insult kimi xəstəliklərin
riskini artırır. Tədqiqatlar göstərir ki, sonsuzluğun demensiya və
Altsheymer ilə güclü əlaqəsi var. Bu səbəbdən uşaq vaxtından çips
yemək yetkinlik dövründə ciddi xəstəliklərə səbəb ola
bilər”.
Həkim-mütəxəssis deyib ki, çipslərin tərkibində çoxlu karbohidrat
olduğu üçün çips yedikdə o, qanda şəkərin səviyyəsinin qəfil
yüksəlməsinə, sonra isə azalmasına səbəb ola bilər:
“Buna hipoqlikemiya deyilir. Bu hal təkrarlanan aclıq hissi yaradır
və insanın daim yemək istəməsinə səbəb olur. Valideynlərə demək
istəyirəm ki, əgər uşaqlarının gələcəkdə metabolik xəstəliklər,
şəkərli diabet, təzyiq, ürək-damar xəstəlikləri, demensiya kimi
problemlərlə üzləşməsini istəmirlərsə, mütləq olaraq onları çipsdən
uzaq tutmalıdırlar. Marketdən paketləşdirilmiş çips almaq əvəzinə,
özləri sağlam qəlyanaltılar hazırlaya bilərlər”.
Saglamolun.Az