Arı sancması insanları qorxudur. Lakin arı sancdığında ağrı hiss
etməyimizə səbəb olan arı zəhərinin xeyirləri də vardır.
Arı polenindən və balından fərqli olan bu zəhərin faydalı olduğuna
dair iddialar qədim Misir dövrlərinə qədər uzanır.
Bu zəhərin içərisində olan mellitin, adolapin və apamin iltihab
maddələri sayəsində bədəndəki iltihabları azalda bilir. Amerika və
İsveçdə aparılan araşdırmalar zamanı zəhərin ağrıkəsici təsirə
malik olduğu da öyrənilib. Arı zəhəri zəngin flora və faunası olan
Azərbaycanımız və xarici ölkələrin təbabətində geniş şəkildə rast
gəlinir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı
sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son
vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərin,
radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə
verir. Arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını
müalicə etməyə və hətta qarşısını almağa xeyri var.
Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində
istifadə edildiyi də ifadə edilir. O xəstəliklərin başında asma
xəstəliyi gəlir. Digər xəstəliklərdən biri də MS xəstəliyidir.
Avropada bir çox xəstə bu üsulla müalicə edilir.
Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək
hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və
laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı
salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək
əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr
mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların
müalicəsində işlədilir.
Mütəxəssislər, arı zəhərinin oynaq iltihabı ağrısına çarə ola
biləcək yeni müalicələr hazırlanmasında istifadə edildiyinə
inanır.
Arı müalicəsi, revmatizm və oynaq iltihabı kimi problemlər yaşayan
xəstələrə gözlə görünən təsir edir.
Arı sancmasından qaynaqlanan maye zəhər qan dövranını
sürətləndirir.
Oynaq iltihablarından qaynaqlanan ağrıları dindirir. Və oynaq
iltihablarını yox edir.
Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində
istifadə edildiyi də ifadə edilir.
O xəstəliklərin başında asma gəlməkdədir. Digər xəstəliklərdən biri
də MS xəstəliyidir. Avropada bir çox xəstə bu üsulla müalicə
edilir.
Arının möcüzəvi əsəri balın isə şəfaların saymaqla bitmir.
Arı sancmasına qarşı təbii
üsullar.
Arı sancması
zamanı infeksiyaya səbəb ola biləcək bakteriyalardan
qurtulmaq üçün həmin bolğəni sabunla yumaq lazımdır.
1.Bir diş sarımsağı əzin və arının sancdığı yerə
sürtün.
2.Lavanda yağı arının zəhərini yox etməkdə olduqca təsirlidir.
3.Karbonat (çay sodası) və su:
Karbonat və suyu qarışdırıb əldə etdiyiniz qarışığı arının sancdığı
bölgəyə sürtün.
4.Soğanı ortadan kəsin və sulu qismini arı sancan
bölgəyə sürtün.
5.Arı sancmasına arının özü düzəltdiyi balın yaxşı təsir etməsi
sizcə də qəribə deyilmi? Bal az qala hər cür sağlamlıq problemində
bir nömrəli köməkçimizdir. Balı arının sancdığı bölgəyə sürtün və
işə necə yaradığını görəcəksiniz.
6.Bir neçə yarpaq cəfərini doğrayın və sulu halda arı sancan
yaranın üzərinə qoyun.
Saglamolun.Az