Sabun seçərkən nələrə diqqət edək? - DİQQƏT
Sabun seçərkən nəyə daha çox diqqət etməli olduğumuz barədə rusiyalı dermatoloq və kosmetoloq Natalya Rudıka danışıb.

“Sabunun tərkibində sintetik səthi-aktiv maddələr, polietilen qlikollar, trietanolaminlər, sintetik boyalar, ətirlər və aromatizatorlar olmamalıdır”, -
deyə mütəxəssis bildirib.

“Təbii sabun bitki yağlarının yağ turşularının duzlarıdır. Buna görə də, onun güclü ətri və rəngi olmayacaq. Yuyucu vasitənin tərkibində dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və ətir üçün efir yağları da olsa, yaxşıdır”
, - deyə Rudıka vurğulayıb.


Dermatoloq onu da əlavə edib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.


Saglamolun.Az
Print Email
FaceBook Twitter Google