Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların
qəbul edilməsi arasındakı əlaqəni geniş miqyaslı şəkildə təhlil
ediblər.
Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında
mübahisə etməyə davam edirlər.
“Medik Forum” xəbər verir ki, bu sahədə növbəti irəliləyiş,
Parkinson xəstəliyinin inkişafına və qəhvə və kofein tərkibli
məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul
edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının
meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.
Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən
sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin
inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.
Mənbə: Saglamolun.Az