Ət bişirərkən etdiyiniz bu səhv sağlamığınıza ziyan vurur
Qırmızı və ağ ətin bişirilməsi zamanı edilən müəyyən səhvlər yeməyin həm dadına, həm də sağlam quruluşuna xələl gətirir. Zülal qaynağı olan heyvani qidalar olan qırmızı və ağ əti bişirərkən dadına diqqət etdiyimiz qədər sağlam bişirmə üsullarını da bilməliyik.

Ətin bişirilməsi ilə bağlı bu səhv əslində ətin daha sağlam olması üçün edilsə də, əldə etdiyimiz tək şey sağlamlığımıza zərər verən yemək hazırlamaqdır


Ət bişirərkən edilən bu səhv ətin yuyulmasıdır.

Belə ki, ət bişirərkən çoxları ya əti yuyur, ya da əvvəlcədən soyuq suda saxlayır. Ətin bakteriyadan azad edilməsi və ya ətin çirkli yerlərə toxunan hissələrinin təmizlənməsi üçün istifadə edilən bu üsulun zərərli olmasının səbəbi suya toxunan ətdə bakteriya əmələ gəlməsinin sürətlənməsidir. Ət su ilə təmasda olduqda daha sürətli bakteriya çoxalması müşahidə olunur.

Bu səbəbdən ətin bişirilərkən su ilə təmas etməməsinə diqqət etmək lazımdır. Pişirmə zamanı su ilə təmasda olan ət heç bir zərər vermir. Bu mərhələdə isti suda və ətdə bakteriya əmələ gəlməsi müşahidə edilmir.


Saglamolun.Az


Print Email
FaceBook Twitter Google