UEFA azarkeşlərə görə “Seltik”ə qarşı iş açıb
UEFA azarkeşlərin tribunada Fələstin bayrağını nümayiş etdirdiyi üçün Şotlandiyanın "Seltik" klubuna qarşı intizam işi açıb.


“Seltik” matçlar zamanı stadionlarda dəfələrlə Fələstin bayraqlarını nümayiş etdirdikdən sonra özlərini “Yaşıl Briqada” adlandıran böyük bir azarkeş qrupunun oyunlara gəlməsini qadağan edib.

2012-ci ildən Fələstinə dəstək üçün etiraz aksiyaları təşkil edən fanat assosiasiyalarından birinin üzvlərinin mövsümlük biletləri ləğv edilib. Klub rəhbərliyi ilə azarkeşlər arasında ən böyük münaqişə oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin İspaniya “Atletiko”su ilə ev oyununda (2:2) qeydə alınıb.

Qeyd olunub ki, idman tədbirinin ruhuna uyğun gəlməyən, xüsusən də siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat xarakterli jestlər, sözlər, əşyalarla bağlı hər hansı digər vasitələrdən istifadəyə görə UEFA-da “Seltik” klubuna qarşı iş açılıb. Qurumun nəzarət, etika və intizam komitəsi bununla bağlı müvafiq qərar verəcək.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google