Son illərdə sosial şəbəkələrdə diqqəti cəlb etmək üçün çox sayda
yalan məlumatlardan ibarət video və məlumatlar yayılır. Xüsusilə
bəzi qidaları çiy istehlak etmək tövsiyə olunur. Ancaq bəzi
yeməkləri bişirmədən qəbul etmək az qala ölümə aparır.
Karides: Karides təsərrüfatda yetişdirilən dəniz məhsullarıdır.
Karideslərə parazit və bakteriyaların yayılmasının qarşısını almaq
üçün antibiotiklər əlavə edilir. Suları pestisidlər və
funqisidlərlə dolu olan karideslərin tərkibində xlor xam şəkildə
olur. Tərkibində bir çox kimyəvi maddələr olan karidesləri
bişirmədən istehlak etmək, laboratoriya borusundan kimyəvi maddələr
içmək qədər təhlükəlidir.
Lobya: Çiy lobyanın tərkibində xoşagəlməz bir toksin var ki, onu
bişirməklə çıxarmaq lazımdır. Lobya bişmədikdə içində qalan bu
toksini çıxarmağın yeganə yolu onu qaynatmaqdır. Çiy istehlak
edilən lobya zəhərlənməyə səbəb ola bilər.
Kolbasa: Çiy kolbasa listeria bakteriyasını daşıyır. Listeria
bakteriyaları orqanizmə daxil olarsa, həzm sistemində pozulmalara
və qida zəhərlənməsinə səbəb ola bilər. Bu risk yarımbişmiş
kolbasalarda da olduğu üçün kolbasa tam bişməmiş istehlak
edilməməlidir.
Göbələklər: Göbələklər radioaktiv maddələri udduğu üçün çiy
istehlakı ciddi nəticələrə səbəb ola bilər. Bu riskə getmək əvəzinə
bişmiş göbələk istehlak etmək daha yaxşı olardı.
Kartof: Kartof, ümumiyyətlə, sağlam tərəvəzdir. Lakin uzun müddət
günəş işığında saxlanılan kartofda cücərmə başlayır. Beləliklə,
cücərtilərdə əmələ gələn bakteriyalar kartofa köçürülür. Ondan
sonra cücərən hissələr kəsilsə belə, kartofda yığılan bakteriyalar
yaşamağa davam edəcək. Ona görə də kartofu bişirmədən istehlak
etmək tövsiyə olunmur.
Saglamolun.Az