Sarımsaq çox faydalıdır. Çində xərçəng xəstəliyi çox geniş yayılmış
bir kənd var ki, bunun səbəbini kənd əhalisinin qidada meyvə və
tərəvəzdən heç istifadə etməməsi ilə
əlaqələndirirlər. Bolqarıstanda isə bir kəndin sakinləri arasında
demək olar ki, xərçəng xəstəliyinə rast gəlinmir, çünki onlar hər
gün sarımsaq yeyirlər.
Hər gün sarımsaq udmaq tərkibindəki antioksidant, mineral və
vitaminlər sayəsində orqanizmin müqavimətini artırır.
Mədə, prostat, süd vəzi xərçənginə qarşı qoruyur.
Orqanizmin müdafiə mexanizmini gücləndirir və metabolizmanı
normallaşdırır.
Şişlərin yaranmasının qarşısını alır.
Antimikrobial xüsusiyyəti sayəsində bakteriya, virus və parazitlərə
qarşı təsirlidir.
Damarların tıxanmasının qarşısını alır.
İmmun sistemini qoruyur.
Qandakı şəkəri tənzimlədiyi üçün təzyiqin aşağı düşməsinə kömək
edir.
Enerji qaynağı olan sarımsaq halsızlıq və yorğunluq kimi
sıxıntıların qarşısını alır.
Həzmsizlik və qəbizlik kimi problemlərə müsbət təsir edir.
Ağciyərlərin bronxlarını açır və rahat nəfəs almağı təmin edir.
Saç və dırnaqların güclənməsinə kömək edir.
Dəmir, fosfor və B vitamini əksikliyindən əziyyət çəkənlərə
faydalıdır.
Davamlı yeyildikdə dərinin rəngi açılır və gözaltındakı qaralmalar
çəkilməyə başlayır.
Dərini ölü hüceyrələrdən təmizləyərək nəfəs almasına kömək
edir.
Antibakterial xüsusiyyəti sayəsində civzə, qara nöqtələr və akne
kimi narahatedici problemlərdən qurtulmağa kömək olur.
Qeyd edək ki, gün ərzində 2 diş sarımsaq yemək orqanizm üçün bəs
edir. Çünki artıq yeyilən sarımsaq mədə və orqanizmin digər
yerlərində problemlərə yol aça bilər.
Saglamolun.Az