Şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları,
vitamin, qidalandırıcı və antioksidant maddələrlə
zəngindir.
"Marneuli" radiosu şabalıdın faydalarını təqdim edir:
– Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında
çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini
təmin edir.
– Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin
gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin
yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların
təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet
sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına
yardımçı olur.
– Sümüklərdə mineralların səviyyəsini artırır. Kalsium
mənbəyidir.
– Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini
yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən
tərəfindən yaxşı əmilməsini təmin edir.
– Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup
vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır.
Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin
sağlığını qoruyur, yaddaşı gücləndirir.
– Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək
hüceyrə mutasiyalarının qarşısını alır.
– Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi
normallaşdırır və infarktı aradan qaldırır.
– Tərkibində olan faydalı yağ turşuları da xolesterolu
normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını
azaldır.
- Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir.
Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik
edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz
bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı
istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif
kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları,
toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə
olunur.
- Şabalıd müəyyən miqdarda A, C və E vitamini ehtiva edir. A
vitamini infeksiyalara qarşı qoruyucu xüsusiyyətə malikdir, vitamin
C və E isə antioksidant xüsusiyyətləri sayəsində immunetiti
gücləndirir. Bu vitaminlər orqanizmi qripə qarşı qoruyur,
hüceyrələrin qocalmasının qarşısını alır.
Mənbə: Saglamolun.Az