Şam çayı - davamlı öskürək, tez-tez soyuqdəymə və vitamin
çatışmazlığının qarşısının alınması üçün əla təbii
vasitədir.
Tərkibində karotin, dəmir duzları, manqan, mis, xrom var.
"Marneuli" radiosu şam çayının hazırlanma qaydasını təqdim
edir:
Tərkibi:
- Şam ağacı iynələri 30 q.
- 1 stəkan qaynar su.
- şəkər və ya bal.
Hazırlanma qaydası:
- Şam iynələrini yuyun. Üzərinə qaynar su töküb 20 dəqiqə
qaynadın. Soyudun, süzün və şəkər və ya bal ilə gün ərzində
için.
Qeyd edək ki, bu çay əla sidikqovucu, ödqovucu, tər salan və çox
təsirli bəlğəmgətiricidir.
Mənbə: Saglamolun.Az