Təl-Əviv Universiteti tədqiqatçılarının yeni kəşfi daha
yüksək su səmərəliliyi olan pomidor sortlarının yaradılmasına imkan
yaradıb.
"Marneuli" radiosu xəbər verir ki, tədqiqatçılar DNT-ni dəyişdirə
bilən CRISPR adlı texnologiyadan istifadə etməklə və gen
mühəndisliyi vasitəsilə daha az su istehlak edən pomidor
yetişdiriblər. Yetişən meyvələr dadına, keyfiyyətinə və
məhsuldarlığına görə ənənəvi suvarma yolu ilə boy atan
pomidorlardan geridə qalmır.
Tədqiqat Təl-Əviv Universitetinin Biologiya fakültəsinin Botanika
Elmləri Məktəbinin bir qrup tədqiqatçısının rəhbərliyi altında
professor Şaul Yalovski və doktor Nira Sadenin laboratoriyasında
aparılıb.
Alimlər izah edirlər ki, qlobal istiləşmə və şirin suyun azalması
fonunda az miqdarda suvarma ilə kənd təsərrüfatı məhsullarına
tələbat əhəmiyyətli dərəcədə artıb. Lakin bütün bitkilərin böyüməsi
və inkişafı üçün suya ehtiyac olduğu üçün münasib sortları
yetişdirmək çox çətindir.
Təl-Əviv Universitetinin alimləri bu texnologiyanı digər məhsullara
- buğda, badımcan və bibərə də tətbiq etməyə çalışırlar.
Mənbə: lent.az