Noxud ən qədim bitkilərdən biridir. Qurumuş noxud hətta
qədim ehramlarda tapılırdı.
Noxudun faydaları saymaqla bitməz. Zülallarla zəngin olan noxudu
hətta "kasıbların əti" adlandırırlar. Noxudun tərkibində zülallar,
bir çox vacib minerallar (kalium, dəmir, kalsium, fosfor və s.),
nişasta, B qrupu vitaminləri, aminturşuları, qidalı liflər və s.
faydalı maddələr var.
Bişmiş noxud öz faydalı xüsusiyyətlərini itirmir.
Saglamolun.az bişmiş noxudun faydalarını təqdim edir:
- - Həzm və mübadilə proseslərini
yaxşılaşdırır
- - Bağırsaqları şlaklar, toksinlər və s. ziyanlı
maddələrdən təmizləyir
- - Qurqqovucu təsirə malikdir
- - Qanda xolesterolun səviyyəsini aşağı
salır
- - Damarları möhkəmləndirir
- - Sinir sisteminə müsbət təsir edir
- - Beyinin fəaliyyətini yaxşılaşdırır
- - Ürəyin sağlamlığına müsbət təsir edir
- - Piylərin parçalanmasını sürətləndirir, arıqlamağa
kömək edir
- - Xərçəng əleyhinə təsirə malikdir
- - Qocalma proseslərini ləngidir.
Nəzərə almaq lazımdır ki, noxudu az miqdarda yemək tövsiyə
olunur.
Mənbə: Saglamolun.Az