Bu yağ zeytun yağından da faydalıdır
Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı
unikal müalicəvi məhsuldur.
Xardal yağı ürəyin sağlamlığını qoruyur, "pis" xolesterolun
səviyyəsini aşağı salır, "yaxşı" xolesterolun səviyyəsini
qaldırır.
Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini
70%-ə qədər azaldır. Həmçinin bu yağ hipertoniyanın riskini azaldır
və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək
xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən
insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər.
Yağı digər bitki yağları kimi istifadə etmək olar - qidalara,
salatlara əlavə etmək və s.
Xardal yağı dərini qocalmaqdan qoruyan E vitamini ilə zəngindir,
onun tərkibində A vitamini, dəmir, kalsium, maqnezium kimi vacib
minerallar da var.
Mənbə: Saglamolun.Az