Kəsmik və banandan asan və çox dadlı desert hazırlamaq
mümkündür. Həmçinin, bu desert qismən dietik də sayılır.
"Marneuli" radiosu banan və kəsmikdən hazırlanan deserti təqdim
edir:
Lazım olan ərzaqlar:
- Bir paket kəsmik;
- İki yetişmiş banan;
- Kiçik bir qaşıq bal;
- Bir neçə qaşıq xama;
- Bir çimdik vanilin;
- Bir neçə peçenyevə qoz-fındıq.
Əvvəlcə bananların qabığını soyub parçalara ayırmaq lazımdır.
Bananları bir qarışdırıcıya qoyun və hamarlanana qədər püre halına
salın. Sonra kəsmiki xama və vanili əlavə edərək qarışdırın.
Bütün inqrediyentləri əlavə etdikdən sonra blenderlə onu püre
halına salın. Bal əlavə edib qarışdırın.
Süfrəyə verməzdən əvvəl üzərinə doğranmış qoz-fındıq əlavə
edin.
Mənbə: milli.Az