Dünyanın ən bahalı avtomobili təqdim edildi
"Rolls-Royce" şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib.

"Marneuli" radiosu xəbər verir ki, söhbət şəxsi sifarişlə yaradılan "Arcadia Droptail" adlı avtomobildən gedir.

Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun hazırlanmasına "Rolls-Royce" əməkdaşları səkkiz min saatdan çox zaman zərf ediblər.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edir.

Mənbə: Publika.az
Print Email
FaceBook Twitter Google