Soyuq havalarda boğaz ağrısı, öskürək bir çox insanı
narahat edən haldır.
Bunun üçün dərmandan çox təbii bitkilərdən hazırlanan çaylar
məsləhət görülür.
"Marneuli" radiosu xəbər verir ki, boğaz ağrısı soyuqdəymə, qrip və
ya digər infeksiyaların səbəb ola biləcəyi narahatlıqdır. Boğaz
ağrısını birdəfəyə sağaldan bitkilərdən biri zefir çiçəyidir.
Mülayim iqlimli bölgələrdə geniş şəkildə böyüyən bir bitkidir.
Qədim zamanlardan bəri zefir bitkisindən əldə edilən ekstraktlardan
boğaz ağrıları və digər xəstəlikləri müalicə etmək üçün istifadə
edilir. Eyni zamanda iltihabi xəstəlikləri aradan qaldırır. O,
bakteriyalarla mübarizə apara, iltihabı azalda və tənəffüs
xəstəliklərinin müalicəsində kömək edə bilər.
Bir bankanı soyuq su ilə doldurun. Çiçəkdən bir az suya əlavə edin.
Bir gecə və ya səkkiz saat saxlayın. İstədiyiniz miqdarı bir
stəkana tökün. İstədiyiniz halda bal və ya dadlandırıcı əlavə edin.
İçdikdən sonra boğaz ağrısının azalacağını görəcəksiniz.
Mənbə: Saglamolun.Az