Oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin
infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun
nəticəsində də sərbəst radikalların miqdarı azalır.
"Marneuli" radiosu xəbər verir ki, orucun orqanizm üçün bir çox
faydaları var:
1. İmmun sistemini gücləndirir
Heyvanlar üzərində aparılan araşdırmada məlum olub ki, heyvanlar
xəstələnəndə instinkt onlara diqqətini istirahətə yönəltməyi və
yeməyi dayandırmağı əmr edir. Bəli, bu, insanlar üçün də
keçərlidir. Çünki oruc tutduqda daxili sisteminizə verilən fasilə
bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və
bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.
2. Kilo vermək üçün unikal bir həlldir
Oruc tutmaq arıqlamaq üçün əla bir yoldur, ancaq düzgün həyata
keçirildiyi təqdirdə. Düzgün etməsəniz, əlbəttə ki, kilo vermək
əvəzinə kökələ bilərsiniz. Orucluq zamanı gün ərzində şəkərli
qidalardan çəkindikdə, bədən yığılmış yağları enerji mənbəyi kimi
istifadə edir. Lazımsız yağlar gündəlik enerji tələbatına
çevrilir.
3. Xolesterinin səviyyəsini aşağı salır
Bədənin kilo itkisini idarə etmək qabiliyyəti xolesterol
səviyyəsinin azalmasına təsir edir. Ümumiyyətlə bədəndə iki növ
xolesterol var; pis xolesterol (LDL) və yaxşı xolesterol (HDL).
Bəzi araşdırmalar orucluğun pis xolesterol səviyyəsini əhəmiyyətli
dərəcədə aşağı saldığını, ancaq yaxşı xolesterol adlanan HDL-ə
müsbət təsir göstərdiyini təsdiqləyir.
4. Oruc tutmaq həzm sistemini gücləndirir
Çinlilər həmişə vurğulayırlar ki, insan bədəninin mərkəzi onun
mədəsidir. Mədə bədənin enerji mənbəyidir və buna görə də
orqanizmdə ən ağır və ən çətin işi görür. Oruc zamanı bu orqana
verilən azmüddətli istirahət onun iş prosesini yaxşılaşdırmasına,
hətta özünü təmizləməsinə və yenidən fəaliyyətini bərpa etməsinə
imkan verir.
5. Artan böyümə hormonu orucun faydalarından
biridir
Oruc idmançılar üçün çox faydalıdır, çünki orqanizmin özünü
təmizləmə müddətini qısaldır və əzələlərin daha sürətli bərpasına
kömək edir.
6. Beyin fəaliyyətini yaxşılaşdırır
Oruc zamanı beyin normal halda istifadə etdiyi enerji mənbəyi olan
qlükoza yerinə yağları parçalayaraq enerji ketonlardan istifadə
edir. Oruc zamanı beyində ifraz olunan müəyyən tip zülallar beyin
kök hüceyrələrinin optimal işləməsini stimullaşdırır. Buna görə,
oruc tutan insan daha ayıq olur.
7. Pis vərdişlərdən qurtulmağa kömək edir
Ramazan ayı pis vərdişləri tərgitmək üçün mükəmməl vaxtdır, çünki
biz gün boyu oruc olduğumuz üçün siqaret çəkmək kimi qeyri-sağlam
adətləri tərgitməli oluruq.
8. Dəri sağlamlığına müsbət təsiri var
Oruc zamanı orqanizm toksinlərdən təmizlənmək və eyni zamanda
hüceyrələrin degenerasiya prosesini ləngitməklə yanaşı,
hüceyrələrin bərpası prosesini də yaxşılaşdırmaq imkanı əldə
edir.
9. Qan şəkərini aşağı salır
Oruc tutmaq qlükozanın parçalanmasını artırır ki, orqanizm enerji
ala bilsin, buna görə də, insulin istehsalını azaldır və mədəaltı
vəzi istirahət edir. Qlükozanın parçalanmasını asanlaşdırmaq üçün
isə qlikogen istehsal olunur. Oruc tutmaq nəticəsində qanda şəkərin
miqdarı azalır ki, bu da xüsusilə diabet xəstələri üçün
faydalıdır.
Mənbə: oxu.az