Qaraciyər üçün ən faydalı - BİTKİLƏR
Qaraciyəri təmizləyən və ona müalicəvi təsir göstərən bir çox xalq təbabəti üsulları mövcuddur. Onlardan biri də bitkilərdir.

"Marneuli" radiosu qaraciyərəin sağlamlığına müsbət təsir edən iki bitkini təqdim edir:

Nanə:
  • 1 stəkan qaynar suya 5 q nanə yarpağı əlavə edib 15 dəqiqə dəmləyin. İçkini hər 3 saatdan bir 1 yemək qaşığı qəbul edin.
Nanə zəhərlənmə üçün son dərəcə faydalıdır, qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə və daha çox öd əmələ gəlməsinə kömək edəcəkdir.

Κalendula:
  • 2 xörək qaşığı çiçəyin üzərinə qaynar su töküb, 1 saat dəmləyin. Daha sonra süzün. Gündə 4 dəfə yarım stəkan şəfalı içki için.
Kalendula qaraciyərdə metabolik prosesləri sürətləndirəcək, ifrazat funksiyasını yaxşılaşdıracaq və safra istehsalı prosesini gücləndirəcəkdir.

Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google