Balqabaq tumunun kişilər üçün xüsusi faydaları
Kişi orqanizmi üçün çox zəruri olan sinkin ən dolğun mənbələrindən biri kimi balqabaq tumlarını qida rasionuna daxil etmək kişilər üçün çox faydalıdır.

Qida ilə təmin edilən bu mikroelementin kifayət qədər miqdarı prostat toxumasının böyüməsinə imkan vermir ki, bu da adenoma və ya prostatitdən qoruyur.

Heç kimə sirr deyil ki, yaşla bir çox kişi prostat vəzinin iltihabından əziyyət çəkir və bu, tez-tez əməliyyatla başa çatır.

Sağlamolun.az yazır ki, bunun qarşısını almaq üçün balqabaq toxumu yeyin.

Gündəlik 60-70 dənə balqabaq tumunu yemək kifayətdir.

Əlavə olaraq daha bir reseptdən istifadə edə bilərsiniz:
  • - Yarım kiloqram balqabaq toxumunu qabığından təmizləyin
  • - Ətçəkən maşından keçirib 250 qr bal əlavə edin.
  • - Hər şeyi qarışdırın və toplara yuvarlayın.
  • - Topları şüşə qabda soyuducuda saxlayın və lazım olduqda istifadə edin.
Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google