İtaliyanın "Lamborghini" şirkəti 20 ildən artıq müddətdə
ilk dəfə olaraq "qəzəbli öküz" loqosunu dəyişib.
"Marneuli" radiosu bildirir ki, bu barədə istehsalçının saytında
məlumat verilir.
Yeni simvolikada öküz şəkli qalıb, lakin indi rəng sxemi baxımından
daha minimalist olub. Ümumilikdə isə, loqo digər əsas
xüsusiyyətlərini qoruyub saxlayıb: heraldik qalxan və yuxarı kənar
boyunca brend adı. Eyni zamanda, rəsm daha yastı olub, çünki
dizaynerlər relyeflərdən imtina etmək qərarına gəliblər.
Qeyd olunur ki, yeni "Lamborghini" loqosunun əsas rəngləri
ağ-qaradır, əvvəlki sarı və qızılı isə çalar kimi qalıb.
Mənbə: Milli.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415