Bədəni gücləndirən - Quru meyvəli RESEPT
Bədəni gücləndirmək üçün qoz-fındıq və quru meyvələrin müalicəvi əhəmiyəti var.

Quru meyvəllərdən hazırlanan resepti təqdim edirik:

Tərkibi:
  • - 3 limon
  • - 200 qram qoz
  • - hər biri 150 qram kişmiş, quru ərik və gavalı
  • - 200 qram bal
  • - qızılgül siropu
Hazırlanması:
  • Limon, qoz, kişmiş, quru ərik və gavalını doğrayıb şüşə qaba yerləşdirmək, üzərinə bal və qızılgül siropu əlavə edib yaxşıca qarışdırıb sərin yerdə bir həftə saxlamaq lazımdır.
Müalicəvi dərmanı gündə bir dəfə acqarına bir xörək qaşığı qəbul etməlisiniz. Müalicə kursu qarışıq bitənə qədərdir.

İldə iki dəfə belə bir müalicə aparmaq yaxşıdır.

Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google