Qurudulmuş almanın faydaları
Dünyanın ən məşhur meyvələrindən biri almadır. İnsan sağlamlığına müsbət təsir göstərən vitamin və elementlərin zəngin tərkibinə malikdir.

Zəngin kimyəvi tərkibi sayəsində quru alma orqanizm üçün çoxlu faydalı xüsusiyyətlərə malikdir.

Həmin faydaları təqdim edirik:
  • sidikqovucu təsir göstərir;
  • qan dövranı, sinir və həzm sistemlərinə müsbət təsir göstərir;
  • qaraciyər toxumasını faydalı mikroelementlərlə doyurur;
  • bağırsaq hərəkətliliyini stimullaşdırır;
  • maddələr mübadiləsini sürətləndirir;
  • sidik sisteminin və qaraciyərin fəaliyyətini normallaşdırır;
  • qəbizlikdən qurtulmağa kömək edir, yoğun bağırsağın iltihabı zamanı tövsiyə olunur;
  • yumşaq və əzələ toxumalarının, epidermisin bərpasına kömək edir;
  • qanda zərərli xolesterinin səviyyəsini azaltmağa kömək edir;


Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google