Telefonlara yeni emojilər gələcək
Duyğularımızı ifadə etmək üçün mesajlaşarkən tez-tez istifadə etdiyimiz emojilər demək olar ki, fərqli bir dilə çevrilib. Hər dəfə yeniləmələr zamanı gələn yeni emojilər istifadəçilərin marağına səbəb olur.

2024-cü ildə telefonlara yeni emojilər əlavə olunacaq.

Məlumata görə, 2024-cü ildə gələcəyi bildirilən yeni emojilər arasında şaquli tərpənən, üfüqi tərpənən baş, əhəng, feniks, qırıq zəncir, qəhvəyi göbələk, ailə
siluetləri və müxtəlif dəri tonlarına malik insan emojiləri yer alacaq.

Emoji 15.1 simvolları 2023-cü ilin sentyabrında yekunlaşacaq. Bundan sonra Apple, Google və digər cihaz istehsalçıları onları gələcək iOS və Android proqram yeniləmələri ilə telefonlarında görə biləcəklər.
Mənbə: lent.az

Print Email
FaceBook Twitter Google