Çində iş yerinə "iPhone" gətirmək qadağan EDİLDİ
Çinin mərkəzi dövlət qurumlarına “iPhone” və digər xarici markalı cihazların işə gətirilməsinin qadağan edilməsi tapşırılıb.

Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Xarici smartfonların istifadəsinə qoyulan qadağa iş söhbətləri, elanlar və xüsusi görüşlər vasitəsilə dövlət qulluqçularının diqqətinə çatdırılıb. Bundan əlavə, onlara cihazlardan nəinki iş yerində istifadə etmək, hətta ofisə gətirmək də qadağan edilib.

Əvvəllər bəzi qurum və idarələrdə bu cür məhdudiyyətlər artıq qüvvədə idisə, indi daha çox məmura şamil edilir. Çin uzun müddətdir ki, xarici istehsalçıların kompüter avadanlığı və proqram təminatını yerli analoqları ilə əvəz edir.

Məlumata görə, hazırki məhdudiyyətlər öz informasiya və kommunikasiya infrastrukturunu qorumaq üçün getdikcə daha sərt tədbirlər tətbiq edən Çin və ABŞ arasında artan gərginliklə bağlıdır.

Mütəxəssislərin fikrincə, bu cür tədbirlər Çinin yüksək səviyyəli smartfon bazarında lider olan və ümumi gəlirinin təxminən 19%-ni ondan əldə edən “Apple” korporasiyasının biznesinə mənfi təsir göstərə bilər.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google