“Counter-Strike”da iki milyon dollara silah satılır - FOTO
Yanvarın ortalarında naməlum oyunçu “Counter-Strike 2”də AK-47 hücum avtomatı üçün xüsusi üzlük hazırlayıb.

Bir sıra ekspertlər onun dəyərini 800 min dollardan 1 milyon dollara qədər qiymətləndiriblər. Lakin silahın sahibi bu məbləğin çox az olduğunu düşünərək AK-47-ni vasitəçilərin köməyi ilə 2 milyon dollara satmaq niyyətindədir.

Qeyd olunur ki, vasitəçilərdən biri “zipeL” ləqəbi ilə tanınmış treyder olacaq. Onun sözlərinə görə, artıq silah üçün 1 milyon dollar ödəməyə razı olan iki alıcı var.

Oyunun pərəstişkarları “StatTrak” adlı avtomatı “Counter-Strike”dakı odlu silahlar arasında ən nadir və ən bahalısı hesab edirlər.


Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google