Dünyada İLK: Bu hava limanına pasportsuz uça biləcəksiniz
Gələn il Sinqapurun Çanqi hava limanı əsas sənədi - pasportu yoxlamadan uçuşlar keçirməyi planlaşdırır. Əgər biometrik nəzarət sistemləri tətbiq oluna bilsə, o, dünyada belə bir qərar verən ilk ölkə olacaq.

Xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərin pasportlara ehtiyacı olmayacaq, çünki onların biometrik məlumatları nəzarət üçün istifadə olunacaq. Oxşar texnologiya artıq hava limanında sifətin tanınması üçün avtomatlaşdırılmış immiqrasiya keçid məntəqələrində istifadə olunurdu. 2024-cü ildən etibarən biometrikanın Sinqapura giriş və çıxışda, baqajın göndərilməsindən tutmuş pasport nəzarəti və minmə qapılarına qədər müxtəlif nəzarət mərhələlərində istifadə ediləcəyi gözlənilir.

Yəni, artıq turistlərin özləri ilə minmə vəsiqələri və pasportları gəzdirməsinə ehtiyac qalmayacaq. Bu, Sinqapur hava limanı üçün vacib olan sərnişin təfərrüatlarının yoxlanılması prosesini xeyli sürətləndirəcək, çünki bu, dünyanın ən işlək hava limanlarından biri hesab olunur. 100-dən çox aviaşirkət tərəfindən xidmət göstərilir.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google