“Meta” şirkəti “WhatsApp”da həyatınızı asanlaşdırmaq üçün
fayl paylaşma funksiyasını təqdim edib.
Bu bir növ məşhur ani messencerin istifadəçiləri üçün “AirDrop”un
analoqudur.
“WhatsApp” indi yaxınlıqdakı insanlarla faylları cəld paylaşmaq
imkanı təklif edir.
Beləliklə, tətbiqdə “Yaxınlıqdakı İnsanlar” bölməsi quraşdırılıb.
Faylı ötürmək üçün həm göndərən, həm də alıcı bu bölməni öz
smartfonlarında açmalıdır. Köçürməyə başlamaq üçün sadəcə smartfonu
silkələmək kifayətdir.
Məxfiliyə gəlincə, qeyd olunur ki, fayl paylaşımı başdan-ayağa
şifrələmə ilə qorunur və kontaktı olmayanlar digər tərəfdən
istifadəçinin telefon nömrəsini görmürlər.
İndi yenilik testin son mərhələsindədir və tezliklə “App Store” və
“Google Play”də görünəcək.
Bundan əvvəl “WhatsApp” zənglər zamanı IP ünvanınızı gizlətmək
imkanı təqdim etmişdi. Həmçinin məşhur messencerdə dinlənildikdən
sonra silinən səsli mesajlar da əlçatan olub.
Və hətta əvvəllər “WhatsApp”, istifadəçilərin tələbi ilə köhnə,
lakin populyar funksiyanı qaytarmışdı. Söhbət bir ildən çox əvvəl
silinmiş “birdəfəlik” foto və videoların göndərilməsi imkanından
gedir
Mənbə: lent.az