Avropanın ən böyük mobil operatorları olan “Deutsche
Telekom” və “Tele2” yeni SİM kart formatını yaradıblar.
"Marneuli" radiosu xəbər verir ki, bu yeni kart forması “davamlı
SİM kart” kimi tərcümə olunan “rSIM” və ya möhkəm “SIM”
adlanır.
“rSIM”in əsas üstünlüyü müxtəlif operatorların iki nömrəsini bir
kartda eyni vaxtda istifadə etmək imkanıdır. İndi bunun üçün sizə
ya iki yuvalı telefon, ya da eSIM dəstəyi və SİM kart yuvası olan
telefon lazımdır. Həmçinin yenilik daha sabit rabitə üçün
operatorlar arasında dərhal keçid etməyə şərait yaradır.
Bundan əlavə, rSIM real vaxt rejimində şəbəkə keyfiyyətinə nəzarət
edən süni intellekt texnologiyalarını dəstəkləyir. Bağlantı
kəsilərsə, texnologiyanın özü əlaqəni kəsmədən başqa operatora
keçəcək.
Qeyd edildiyi kimi, rSIM rabitə keyfiyyətini yaxşılaşdırmaq və
smartfonu təkmilləşdirmək üçün istifadə edilə bilər. Məsələn, "tək
SIM"li telefon "iki SIM"li telefona çevrilə bilər.
rSIM-in başqa bir tətbiqi sabit işləmək üçün fasiləsiz internet
bağlantısı tələb edən smart cihazlar arasında məlumat ötürülməsinin
keyfiyyətini artırmaqdır. Evdə internetin tez-tez yoxa çıxdığı vaxt
onlar yenidən sinxronizasiya edilməlidir. rSIM bu problemi
operatorlar arasında keçid üçün mürəkkəb sistem vasitəsilə həll
edir.
rSIM formatlı kartlar artıq “Deutsche Telekom”, “Tele2”, “T-Mobile”
və “GSMA” kimi mobil operatorlar tərəfindən təklif olunur. Lakin
adi istifadəçi hələ ki, onu ala bilmir - o, texnologiyanı sınaqdan
keçirmək üçün salonlarla əlaqə saxlamalıdır.
Mənbə: lent.az