"Samsung" şirkəti 12 giqabayt yaddaşa malik "Galaxy A55"
smartfonunu təqdim edib.
Bu barədə "SamMobile" məlumat yayıb.
Cihazın 12 giqabayt operativ yaddaş alan markanın ilk sub-flaqmanı
olduğu ortaya çıxıb.
Bu, "Samsung" cihazları üçün rekorddur. Çünki əvvəllər bu həcmdə
yaddaşı yalnız flaqman qurğular alırdı.
Qadcet "Exynos 1480" prosessoru, ən azı 8 giqabayt operativ yaddaş
və 128 giqabayt daxili yaddaşla təchiz edilib. Smartfon 6,6 düymlük
Super AMOLED displeyə malikdir, 120 Hz tezliyi və Always-on displey
funksiyasını dəstəkləyir. Qadcetin arxa panelində 50, 12 və 5
meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var. O,
saniyədə 30 kadr sürətlə 4K-da video çəkə bilir.
"Galaxy A55" həmçinin 25 vatt sürətli doldurma dəstəyi ilə 5000
milliamper-saatlıq batareyaya malikdir. Telefonda ekranın altında
qurulmuş barmaq izi sensoru, 32 meqapiksellik ön kamera, One UI 6.1
qabığı ilə Android 14 var. "Samsung" dörd illik Android yeniləmə
dəstəyi vəd etdi. "Galaxy A55"in əsas versiyasının qiyməti 479 avro
təşkil edir.
Mənbə: Milli.Az