“WhatsApp”dan "iPhone" istifadəçiləri üçün yeni FUNKSİYA
iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “WhatsApp” messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya olacaq. Bu barədə WABetaInfo portalı yazır.

"Marneuli" radiosu xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, “WhatsApp” tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər. Qeyd olunub ki, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.

Mütəxəssislər vurğulayıblar ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər. Hazırda ondan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər.

Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

Mənbə: lent.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google