“Telegram” tərtibatçıları messencerlərinə istifadəsi asan
stiker yaratmaq mümkün olan yeni bir özəlliyin əlavə olunduğunu
elan ediblər.
Artıq hər bir istifadəçi foto və videolarından öz stikerini
hazırlaya biləcək.
Stikerlər yaratmaq üçün onlar olan bölməyə keçin və "+" üzərinə
klikləyin. Sonra öz mətninizi, rəsminizi və ya “Telegram”da mövcud
olan hər hansı animasiyalı stikerlər, emojilər və giflər əlavə
edərək qalereyanızdan istənilən bir təsviri seçə bilərsiniz.
Fonu silmək və təsvirdən obyekti kəsmək, həmçinin şəklin bir
hissəsini əl ilə silmək və bərpa etmək də mümkündür. Siz yazı əlavə
edə və animasiyanı fərdiləşdirə də bilərsiniz.
Bundan başqa stiker paketlərinə adlar təyin və ya əhvalınıza uyğun
hər hansı digər stiker əlavə etmək mümkündür. “Telegram” şəklin
süni intellektlə təhlili əsasında bir neçə emoji təklif edəcək.
Məsələn, pişik, it və ya avtomobil.
Mənbə: lent.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.