Ulduz falı – Axşam saatlarında normal istirahət etməyə çalışın
Qoç - günün ilk yarısında məntiqli davransanız, sizə kimsə mane ola
bilməz. Heç bir real səbəb olmadan problemlər yaratmayın.
Bədxahların öhdəsindən gəlmək, onların planlarına mane olmaq çətin
deyil. Şayiə yayanlara inanmayın.
Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli
olun. Müzakirələrin məhsuldar olmasına çalışın.
Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət
qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə yanaşı, əlaqələri
möhkəmləndirəcək. Müalicəyə başlamaq olar. Çox və yağlı
yeməyin.
Buğa - peşəkar fəaliyyət prosesindəki qəfil dəyişikliklər
yenilikləri ehtiva edir. Əlavə öhdəliklər götürməli, müxtəlif işlər
görməlisiniz. Adi günlərdən fərqli olaraq daha gərgin intellektual
fəaliyyət tələb olunur. Aktiv mövqeyiniz bu gün bir sıra
problemləri həll etməyə imkan verəcək.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərin
aydınlaşdırılması və qarşılıqlı iradlar istisna deyil. Emosional
olmayın, hisslərə qapılmayın. Səbrli olsanız, dil tapmaq və
barışmaq mümkündür.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əkizlər - nigaran və təlaşlı olmayın. İndiyədək əsla fikir
vermədiyiniz xırdalıqlar səbr kasanızı daşdıra bilər. Təbdən
çıxmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdə qıcıq
yarada bilər. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.
Günün ikinci yarısında ailə həyatında sakitlik və rahatlıq
mühitinin yaradılmasına çalışın. Yaxınlarınızdan biri ilə
münasibətlərdə problemlər yaranıbsa, mübahisə istisna deyil.
Ötənlərdə baş verən, ən müxtəlif versiyalarda yozumlara səbəb olan
məsələni yenidən dartışmağa dəyməz.
Xərçəng - qarışıq, hadisələrin laübəli olduğu zamandır. Yaşam
enerjinizin səviyyəsi artacaq. Amma bununla belə, həmin enerjini
qəribə, ekstravaqant şəkildə reallaşdırmayın.
Texnika və alətlərlə çalışanda ehtiyatlı olun.
Günün ikinci yarısında yardım gözləyən insana kömək edin.
Məsləhətlə yanaşı, maddi dəstək də pis olmaz. Sevdiyiniz insana
qayğı göstərin. Bütün şərtləri araşdırmadan, situasiyaya bələd
olmadan irad söyləməyin.
Axşam saatlarında normal istirahət edin.
Şir - peşəkar fəaliyyət müstəvisindəki uğurlar çalışdığınız
kollektivdə həmkarlarınız və ya şəriklərinizlə münasibətlərin
durumundan asılıdır. Yalınz öz karyeranız, əlavə gəlir mənbələri
barədə düşünməyin.
Praqmat olun, vəziyyəti normal dəyərləndirin.
Ailə üzvləri ilə münasibətləri normal səviyyədə saxlayın. Hətta bu
təmasları yaxşılaşdırmağın yollarını arayın. Rasionunuza fikir
verin. Tamahkarlıq etməyin, qarınqulu insan təsiri
bağışlamayın.
Qız - məqsədləriniz bitkin formada olmalıdır. Hədəfə çatmağın
yollarını müəyyənləşdirin. Maraqlı ideyalar olacaq. Problemlərin
həllində yeni yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında əhvalınız korlana bilər. İstirahətə, relaksa
ehtiyac duyacaqsınız. Orqanizminizə əziyyət verməyin. İfrat
yorğunluq əsəb gərginliyinə və emosiyaların tarıma çəkilməsinə
səbəb ola bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - maliyyə işlərində uğurlara nail olmaq istəyirsinizsə,
əməkdaşlıq qaçılmazdır. İrəliləyişinizdə maraqlı olan şəxslərdən
yaxşı məlumatlar ala bilərsiniz. Gəlirləri artırmaq üçün yardım və
dəstəyə ehtiyacınız var. İşlərin gedişatı əhvalınızdan
asılıdır.
Günün ikinci yarısında tək qalmaq, təkbaşına çalışmaq
istəyəcəksiniz. Bədbinliyə qapılmayın. Dostlar və yaxınlarınızın
yanında olun. Səmimi rəğbət bəslədiyiniz insanla təmasları
aktivləşdirin. Sərvaxt olun.
Əqrəb - fürsətdən tam yararlanmağa cəhd göstərin. Yaradıcılıq
enerjisi və orijinal həllər indiyədək təxirə salınan işlərə təkan
verəcək. Humanitar fəaliyyətlə məşğulsunuzsa, təxəyyülü işə salın.
Şəraiti dəyərəndirin. Situasiya xeyrinizədir. Qəfil hədiyyə və ya
əlavə gəlir mənbəyinin aşkarlanması istisna deyil.
Günün ikinci yarısında dostların dediklərinə qulaq asın. Sevdiyiniz
insanla münasibətlər pis olmayacaq. Birgə müzakirələr, yaxşı
ünsiyyət üçün normal vəziyyətdir. Axşam saatları əyləncə üçün
yaxşıdır.
Oxatan - yalnız öz mənfəətinizi düşünməyin. Köməyə ehtiyacı olana
yardım edin. Yaxınlarınıza fayda verin. Etibarlı tərəfdaş və ya
şərik tapa bilərsiniz. Ağır işə başlayıbsınızsa, birgə fəaliyyətə
üstünlük verin.
Günün ikinci yarısında işlərdə irəliləyişlər olacaq. Sərfəli
işgüzar təklif ala bilərsiniz.
Yaxınlarınızla təmaslarda onların iradlarını nəzərə alın,
maraqlarını qulaqardına vurmayın. Belədə fəaliyyətiniz yüksək
qiymətləndiriləcək. Rasionunuza fikir verin. Allergiyanız varsa,
ehtiyatlı olun.
Oğlaq - uzun müddətdən bəri planlaşdırdığınız işə başlamaq üçün
yaxşı zamandır. İşlərinizdə yalnız öz xeyrinizi düşünməyin. Yaxın
ətrafınızdakı insanların ehtiyaclarını da nəzərə alın. Gərəkli
insanlarla münasibətləri korlamaq istəmirsinizsə, onların
mövqelərini də anlamağa çalışın.
Günün ikinci yarısında fəaliyyətinizin leytmotivini münasibətlərin
qorunması təşkil etməlidir. Ailə üzvlərinə qayğı ilə yanaşın.
Sevdiyiniz insanın dediklərinə qulaq asın.
Dolça - harada olmağınıza rəğmən özünüzü rahat hiss edin.
Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlarla
münasibətlərdə aqressiv davranmayın. Qıcıqlı olmayın.
Emosiyalarınızın izharı üçün normal vasitələr, yollar seçin.
Günün ikinci yarısında yaxınlarınız sizi anlamağa çalışacaqlar.
Sükan arxasında sayıq olun. İstifadə etdiyiniz texnika və
məhsullara fikir verin.
Axşam saatlarında rasionunuzda ciddi dəyişikliklər etməyin.
Balıqlar - bir çox işlərdə intuisiyanız dadınıza çatacaq. Günü
sakit keçirmək, aramla çalışmaq istəyəcəksiniz. Amma sizə mane
olmaq istəyənlər var. İzafi, gərəksiz iş görməyin. Əlavə vədlər
verməyin.
Günün ikinci yarısında narahatlıqla təlaş qısa müddətdə aradan
qalxacaq.
Yaxın dost və ya dəyər verdiyiniz insanla qarşılıqlı fəaliyyətdə
xeyir var. Tələskənliyə yol verməyin.
Axşam saatları birgə istirahət üçün münasibdir.