Ulduz falı: 1 dekabr, 2023-cü il
Qoç, 1 dekabr, 2023-cü il

İşgüzar danışıqlar üçün əla gündür. Siz öz ideyalarınız və planlarınız haqqında elə danışırsınız ki, onların həyata keçirilməsində hamı sizə kömək etmək istəyir.

Bu günlərdəyalnız etibarlı müttəfiqlər deyil, həm də həqiqi dostlar tapa bilərsiniz.

Həmkarlarınız və ya iş ortaqlarınızla flört etməyin. Bu sizə işinizdə zərər verər. Peşəkar və romantik münasibətləri qarışdırmayın.

Günortadan sonra çox işləməyin. Çalışın ki, bu gün stresli vəziyyətlərdən qaçasınız. Əhvalınızı yüksəltmək üçün nə edə biləcəyinizi düşünün, əhvalınızı yüksəldən fəaliyyətlərə üstünlük verin.

Buğa, 1 dekabr, 2023-cü il

Təşəbbüs etmək və yeni işlər götürmək üçün yaxşı gündür. Bütün işləri yaxşı görürüsünüz. Hətta başqalarının edə bilmədiklərinin öhdəsindən belə, dərhal gələ bilirsiniz..

Böyük uğurlar əldə edə bilərsiniz. Çünki siz şəraitdən istifadə edə bilir, lazımi anda lazımi yerdə olmağı bacarırsınız.

Yeni tanışlarınızla ümumi dil tapa bilir, sevdiklərinizi mükəmməl şəkildə başa düşürsünüz. Başqaları ilə münasibətlərinizi bulandıran bir çox problem bu gün təəccüblü şəkildə asanlıqla həll ediləcək. Ürəyinizə qulaq asın. Onu dinləyin. O sizə nə deyirsə, elə addım atın.

Əkizlər, 1 dekabr, 2023-cü il

Ünsiyyət üçün əlverişli gündür. Sözlərinə güvən olmayan, etibarsız hesab etdiyiniz insanları belə, dinləməyə çalışın. Faydalı məlumat almaq, başqalarından əvvəl vacib bir məlumat almaq şansı var. İstənilən işgüzar danışıq uğurlu nətiələnəcək. Əməkdaşlıq barədə razılığa gələcəksiniz. Bəzi Əkizlər bürcünə yeni iş təklif olunacaq.

Pulla diqqətli olmalısınız. Çünki pul ilə münasibətlərdə qeyri-ciddiliyə meyllisiniz. Bəzən çox xırda şeylərə çox pul xərcləyə bilərsiniz. Sevdikləriniz üçün yaxşı hədiyyələr seçə bilirsiniz. Onları nəyin sevindirəcəyini həmişə bilirsiniz.

Xərçəng, 1 dekabr, 2023-cü il

Həyatınızda bir gün belə mübahisəsiz keçmir. Aşkar və məlum şeylər haqqında belə danışanda hər kəs səninlə mübahisə etməyə çalışır. Rahatlığınızı və xoş niyyətinizi itirməməyə çalışın.

Sizin hamı ilə yaxşı münasibətlər saxlamaq gücünüz var.

Bəzi çətin məsələlərdə uğur qazanmaq şansı olacaq. Əvvəllər sizə qeyri-müəyyən olan hadisələrin xırda detallarını araşdırın və heç nəyi gözdən qaçırmayın. Gün təşkilati məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət qurumları ilə əlaqə üçün münasibdir.

Şir, 1 dekabr, 2023-cü il

Bu günlərdə başın buludlardadır. Çalışın xəyallarla yaşamayın. Hər şeyə real baxmağa çalışın. Bu zaman hansısa çoxdankı planı həyata keçirmək, ən daxili arzunuzun yerinə yetirilməsinə nail olmaq fürsətini əldə edə biləcəksiniz. Hərəkət etməkdənsə, fantaziya qurmağı və illüziya yaratmağı üstün tutan insanlardan uzaq olmağa çalışın.

Belə insanların heç kimə faydası olmaz. Bu insanların sadəcə zərəri dəyə bilər.

Günün ikinci yarısı xoş görüşlər vəd edir. Bir çox Şirlər köhnə dostlardan xoş xəbərlər alacaqlar. Yeni tanışlıq gözəl bir romantik hekayəyə çevrilə bilər.

Qız, 1 dekabr, 2023-cü il

Bu gün bəzi işlərin həyata keçirilməsi, həmişəkindən daha çox vaxtınızı alacaq. Planlar qurarkən bunu nəzərə alın. Yaxınlıqda kömək etməyə həmişə hazır olan insanlar var. Amma məsələnin məyus edici tərəfi odur ki, onlar həmişə lazım olanı etmirlər. Siz hər şeyə hər zaman nəzarət etməlisiniz.

Qeyri-adi təkliflər ala bilərsiniz. Məsələn, bəzi Qız bürcləri bir vaxtlar onları çox maraqlandıran bir iş görmək şansına sahib olacaqlar.

İlk günlər çətinliklər ola bilər. Amma tədricən hər şey yoluan girəcək. Yolda bir maneə yaranarsa, əsla təslim olma. Axşam ailə məsələləri ilə bağlı xoş xəbərlər ala bilərsiniz.

Tərəzi, 1 dekabr, 2023-cü il

Görüləsi çox iş var. Amma siz bütün işləri yaxşı idarə edirsiniz. Prioritetlərinizi düzgün təyin etməyi bacarırsınız.

Xırda şeylərə vaxt itirmir, əhəmiyyətsiz problemlər qapılmırsınız. Başqaları üçün faydalı bir iş görmək asan və xoş olacaq. Çətin vəziyyətdə qalan insanlara kömək edərkən xoşbəxt hiss edirsiniz.

Xoş görüşlər, maraqlı söhbətlər gözlənilir. Bu gün Tərəzilər üçün xüsusilə əlverişli gün olacaq. Əksər Tərəzilərixoş sürprizlər gözləyir. Köhnə səhvləri düzəltmək, son zamanlar gərgin olan münasibətlərdə yaxşılığa doğru dəyişiklikləretmək şansı olacaq.

Əqrəb, 1 dekabr, 2023-cü il

Günün birinci yarısında yeni və köhnə ortaqlaırnızla problemlər yaşaya bilərsiniz. Etibar edə biləcəyiniz müttəfiqlər axtarmaqdansa, müstəqil hərəkət etsəniz bu sizin üçün daha asan və effektiv olar. Kiçik maliyyə itkiləri gözlənilir. Çox vaxt onlar sizin diqqətsizliyinizlə əlaqələndirilir.

Günün ikinci yarısı istənilən faydalı fəaliyyət üçün əlverişli olacaq. Əvvəllər çoxlarını çaşdıran problemi həll etmək, çətin vəziyyətdə qalanlara kömək etmək gücünə sahibsiniz. Yaxşılıq etdiyiniz zaman təmənna güdmürsünüz. Amma yaxşılıq etdiyiniz insanlar onlara etdiklərinizi unutmur. Onların minnətdarlıq hissləri sizi çox gözlətməyəcək.

Oxatan, 1 dekabr, 2023-cü il

Gün çoxlu qeyri-adi ideyalar gətirəcək. Bəzi Oxatanlar son vaxtlar çox düşündükləri suallara təsadüfən cavab alacaqlar. Dövlət qurumları ilə sıx əlaqə gözlənilir. Çoxsaylı sənədlərin hazırlanmasını tələb edən məsələdə irəliləyiş mümkündür.

Axşam yaxınlarınıza xoş sürprizlər edə bilərsiniz. Hamını razı salmağı bacarır, ruhdan düşənləri həvəsləndirə bilirsiniz. Gələcək üçün səfərlər planlaşdıra bilərsiniz. Bu, sizi ruhlandırır və optimist olmağa kömək edir.

Oğlaq, 1 dekabr, 2023-cü il

İşgüzar danışıqlar və iş məsələlərinin müzakirəsi üçün əla gündür. Hər kəs sizin fikrinizi dinləməyə hazırdır. Əvvəllər öz fikirlərini nəyin bahasına olursa olsun, müdafiə etməyə hazır olanlar da mübahisə etməyəcəklər. Daha çox gəlir gətirəcək əməliyyatlar gözlənilir.

Şəxsi münasibətlər işgüzar münasibətlər qədər ahəngdar olmasa da, burada xoşagəlməz sürprizlər gözlənilmir. Nə olursa olsun, qərar verməkdə tələsməməyə çalışın. Haqqında məlumatınız olmayan birinə etibar etməyin. İnsanlar riyakar ola bilər. Bu səbəbdən də arzularınızı hər kəslə paylaşmayın. Heç kimə güvənməyin.

Dolça, 1 dekabr, 2023-cü il

Bir çox məsələlərin həlli üçün əla gündür. İşlərinizi qaydasına salın, sizə irəliləməyə mane olan hər şeydən xilas olmağa çalışın.

Yaxın gələcəkdən nə gözləməlisiniz, uğur qazanmaq üçün nə etmək lazımdır? Bu günlərdə bu suallara cavab tapa biləcəksiniz. Bir çox insan sizə kömək etməyə hazırdır. Müttəfiqlərinizi diqqətlə seçin. Onlarla kifayət qədər uzun müddət məşğul olacaqsınız.

Bu günlərdə uzun müddət yaddaşlarda qalacaq qeyri-adi görüşlər və tanışlıqlar gözlənilir. Bəzi Dolçalar uzun müddətdir ki, həyatlarını uzaqdan müşahidə etdikləri insanlarla ünsiyyət qura biləcəklər. Başgicəlləndirici romantik bir münasibət başlaya bilər.

Balıq, 1 dekabr, 2023-cü il

Bu gün çoxlu mübahisələrlə qarşılaşacaqsınız. Bu mübahisələr bəzən çox gərgin olacaq. Əsində isə, bütün mübahisələrin ciddi bir əsası yoxdur. Özünüzü ələ alın, ciddi münaqişələrin yaranmaması üçün səy göstərin. Bəzən nə dediyinizin fərqində olmursunuz. Sözləriniz münasibətləri korlaya bilər.

Baş verənlərə yumorla yanaşmağa çalışın. Bu zaman hər şey sizin üçün asan olacaq.

Yüksək yaradıcılıq potensialınız var. Bu gün xüsusilə çoxlu yaxşı ideyalarınız var. Onları dərhal həyata keçirə bilərsiniz. Hərəkət edin! Çoxdan qarşıya qoyulan məqsədinizə çatacaqsınız.
Print Email
FaceBook Twitter Google