Ulduz falı: 2 dekabr, 2023-cü il
Qoç, 2 dekabr, 2023-cü il
Bu gün sakit qalmaq sizin üçün çətin olacaq. Gün ərzində yeni
problemlər ortaya çıxacaq. Günün ümumi emosional fonu da
qeyri-sabit olacaq.
Bəzən hisslərinizi başa düşmək çətin ola bilər.
İlk növbədə nəyə nail olmaq istədiyinizi başa düşmək də vaxt tələb
edəcək.
Daha əvvəl hazırlanmış planları unutmayın.
Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirməyə çalışın,
razılaşmaları pozmayın. Ailə planlarına ciddi yanaşmaq kiçik fikir
ayrılıqlarından və qarşılıqlı narazılıqlardan qaçmağa kömək
edəcək.
Buğa, 2 dekabr, 2023-cü il
Günün ilk yarısında ciddi məsələləri müzakirə etmək və ya mühüm
məsələləri həll etməyə çalışmaqdansa, xoş söhbətlər etmək daha
yaxşı olacaq.
Ətrafınızdakı insanlar sizi səhv başa düşürlər. Hətta əvvəllər
yaxşı münasibət qurduğunuz insanlarla belə razılığa gəlmək həmişə
çətin ola bilər.
Gündəlikişlərin öhdəsindən rahatlıqla gələcək və əvvəllər
başladığınız işlərinizi sakitcə tamamlaya bilərsiniz.
Günün ikinci yarısı isə ünsiyyət üçün əlverişliolacaq.
Bir baxışda insanlar başa düşə bilirsiniz. Həmsöhbətlərinizin nəyi
gizlətməyə çalışdığını təxmin edə bilirsiniz. Yeni tanışlarda xoş
təəssürat yaratmaq asan olacaq. Kimsə sizə ilk baxışdan aşiq ola
bilər.
Əkizlər, 2 dekabr, 2023-cü il
Nə olursa, olsun sakit olmağa çalışın. Bu gün bu asan olmayacaq.
Çox iş plana uyğun getməyəcək. Həyatda çox zaman hər şey istədyimiz
kimi olmur.
Bəzi Əkizləri arxalandığı insnalar peşman edəcək.
Ümumi olaraq, gün o qədər də pis keçməyəcək. Ehtiyatlı olsanız,
yeni fürsətləri görəcək və vacib bir məqsədə necə tez nail ola
biləcəyinizi müəyyən edə biləcəksiniz.
Cəsarətli təcrübələr çox uğurlu olacaq. Ağlınıza heç kimin ağlına
gəlməyən hər şey gəlir.
Xərçəng, 2 dekabr, 2023-cü il
Böyük ideyalar və gözlənilməz fikirlər günüdür. Başqalarının nəyi
gizlətməyə çalışdığını təxmin etmək bu gün sizin asan olacaq.
Heç kim sizdən heç nə gizlədə bilməyəcək. Əvvəllər əldə edilmiş
biliklər bu gün sizin işinizə yarayacaq.
Bu biliklər sayəsində siz səhv etmir, başqalarının səhv etməməsinə
kömək edirsiniz.
Sevdiklərinizlə ünsiyyət qurmaq xoş olacaq. Bir-birinizi mükəmməl
şəkildə başa düşür, bir çox vacib məsələdə tez razılaşa bilirsiniz.
Sevdiyiniz insanla birlikdə planlar qurmaq sizin üçün faydalı
olacaq. Bu, sizi bir-birinizə daha da yaxınlaşdıracaq, keçmişdəki
bütün fikir ayrılıqlarını bitirməyə kömək edəcək.
Şir, 2 dekabr, 2023-cü il
Parlaq, maraqlı və ruhlandırıcı hadisələrlə dolu bir gün keçəcək.
Bir çox cəsarətli planlar var. Onları dərhal həyata keçirə
bilərsiniz.
Bir çox insan sizə kömək etmək istəyir. Hətta insanlar tez-tez öz
təşəbbüsləri ilə əvvəllər onlardan tələb etməyə çəkindiyiniz işləri
görəcəklər.
Gün dostluq etmək istədiyiniz insanlarla görüş üçün münasibdir.
Qarşılıqlı rəğbət qazanacaqsınız.
Gündəlik fəaliyyətlər həmişəkindən daha darıxdırıcı görünə bilər.
Ancaq yenə də bacardığınız qədər onlarla məşğul olmağa
çalışacaqsınız. Bir az aktiv olsanız, romantik görüş üçün vaxtınız
olacaq. Bu görüşlər çox xoş olacaq.
Qız, 2 dekabr, 2023-cü il
Diqqət mərkəzində olmaq üçün əla gündür. Sizi maraqla
dinləyəcəklər.
Fikirləriniz çoxlarında güclü təəssürat yaradacaq. Uzun, səmərəli
əməkdaşlığa başlayacaq tanışlıqlar gözlənilir. Bəzi Qızlar yaxşı
sövdələşmələr edəcəklər.
Gün paltar, aksesuar və zinət əşyaları almaq üçün də münasibdir.
Uzun müddət sizi sevindirəcək və tezliklə dəbdən düşməyəcək şeyləri
yaxşı seçə bilirsiniz. Günün ikinci yarısı bəzi uğurlu təsadüflər,
əhvalınızı yüksəldən görüşlər vəd edir.
Tərəzi, 2 dekabr, 2023-cü il
Səbirli olun. Bu gün hədəflərinizə tez çata bilməyəcəksiniz. Yol
boyu gözləmədiyiniz zamanlarda maneələr yarana bilər. Bu heç də
sevindirici olmayacaq. Bəzi Tərəzilər istənilən xırdalıqlara kəskin
reaksiya verirlər.
Bəzən o qədər əsəbiləşirlər ki, sonradan müsbət əhval-ruhiyyəyə
qayıtmaq üçün böyük səy tələb olunur.
İstirahət etmək üçün vaxt tapmağa çalışın. Dincəlmək və ətrafınızı
dəyişmək sizin üçün faydalı olacaq. Səyahət və ya mənzərəli yerləri
gəzmək enerji ehtiyatlarınızı doldurmağa kömək edəcək. Özünüzü çox
daha enerjili hiss edəcəksiniz.
Əqrəb, 2 dekabr, 2023-cü il
Məqsədinizə tez bir zamanda çata bilməyəcəksiniz. Lakin siz
planlarınızdan əl çəkmir, imtina etmirsiniz. Bəzi Əqrəblər mürəkkəb
problemləri təkbaşına həll etməli, başqalarının səhvlərini
düzəltməli olurlar.
Sizin yerinizdə başqası olsaydı qəzəblənərdi, ancaq siz bu
prosesləri nə edə biləcəyinizi göstərmək və dəyərli təcrübə
qazanmaq fürsətinə sevinirsiniz.
Günorta yaxınlarınızla vacib söhbətlər üçün əlverişli olacaq. Bu
zaman səhv başa düşülməkdən qorxmadan hissləriniz haqqında açıq
danışa biləcək, təcrübələrinizi paylaşa biləcəksiniz.
Oxatan, 2 dekabr, 2023-cü il
Həyatınızla bağlı düşünməli olduğunuz çox şey var. Bu gün sizin
əhəmiyyətsiz görünən detallar sonradan mühüm rol oynaya bilər.
Buna görə də hər xırda şeyə diqqət yetirməlisiniz. Bəzi Oxatanlar
yeni bir məlumatlar öyrəcənəcək. Bu məlumatlar heç də düşündüyünüz
qədər sadə olmayacaq. Tez bir zamanda uğur qazanacaqsınız və bu
sizi ruhlandıracaq.
İşgüzar danışıqlar, peşəkar yardıma ehtiyacınız olan insanlarla
ünsiyyət üçün əlverişli gündür. Əməkdaşlıq barədə razılığa gəlmək
asan olacaq. Hər iki tərəf üçün faydalı olan şərtləri seçmək mümkün
olacaq.
Oğlaq, 2 dekabr, 2023-cü il
İş və bizneslə bağlı istənilən məsələləri müzakirə etmək üçün əla
gündür. Hətta heç kimin fikri ilə maraqlanmayanlar da sizi diqqətlə
dinləyəcəklər. Müttəfiqlər tapmaq asan olacaq. Lakin onları
diqqətlə seçmək lazımdır. Kömək təklif edən insanlar həmişə sizin
maraqlarınızı bölüşməyəcəklər.
Şəxsi münasibətlərdə də problemlər var, hər şey yolunda getmir.
Günahkar ancaq siz və sizin davranışlarınızdır.
Keçmiş keçmişdir, münasibətlərdə köhnə səhvləri xatırlamaq sizə heç
nə verməyəcək. Bir az təmkinli olun. Bu sizə zərər verməyəcək,
əksinə münaisbətlərinizi yoluna düşməsi üçün yol açacaq.
Dolça, 2 dekabr, 2023-cü il
Özünüzü ələ alsanız və neqativ emosiyalara boyun əyməsəniz, gün
yaxşı keçəcək.
Günün ilk yarısında, xırda şeylərə görə qəzəblənmək asan olacaq.
Başqalarının hər hansı şərhinə qıcılanacaqsınız. Bir müddət sonra
emosional fon sabitləşəcək və əhval-ruhiyyə yaxşılaşacaq.
Praktik məsələlər gözlədiyiniz daha tez həll olunacaq. Siz özünüzün
həyatınızı və yaxınlarınızın həyatını necə daha asan və daha
əyləncəli edəcəyinizi yaxşı bilirsiniz. Kiçik alışlar uğurlu
olacaq. Pulu çölə atmır, yaxşı və lazımlı şeyləri seçirsiniz.
Balıq, 2 dekabr, 2023-cü il
Günün başlanğıcı gözəl olacaq. Problem odur ki, siz problemləri
görməməyə çalışırsınız. Onlara diqqət yetirməyə dəyər. Problemlərə
diqqət etmək onların həll olunması üçün çox önəmlidir. Təcrübəsinə
etibar etdiyiniz insanlarla məsləhətləşin. Məntiqli tövsiyələr
alacaqsınız.
Günün ikinci yarısı əhvalınızı yüksəldən görüşlərlə yanaşı, uğurlu
təsadüflərlə də sizi sevindirəcək.
Darıxdığınız insanlar sizinlə ünsiyyət qurmaq fürsətindən məmnun
olacaqlar. Onlar sizə maraqlı təkliflər edəcəklər. Son vaxtlar
gərgin olan münasibətlərdə yaxşılığa doğru dəyişikliklər
gözlənilir.