Ulduz falı: 7 dekabr, 2023-cü il
Qoç, 7 dekabr, 2023-cü il

Sizin üçün böyük gündür. Pozitiv və ruhlandırıcı hadisələr gözlənilir. Tamamilə yeni işlər götürə bilərsiniz. Başqalarının sizin həyatınızda nəyi çətinləşdirdiyini dərhal başa düşür, ciddi səhvlərə yol vermirsiniz. Faydalı əlaqələr qurmaq asandır. Köməkçilərə və müttəfiqlərə ehtiyacınız var. Tezliklə onları tapa biləcəksiniz.

Ancaq əhvalınız istənilən bir problemə görə dərhal pozula bilər.

Amma çalışın ki, xoş hadisələrə diqqət yetirin, sevinmək üçün səbəblər axtarın, kiçik çətinliklərə fəlsəfi yanaşmağa çalışın.

Buğa, 7 dekabr, 2023-cü il

Bu gün asan gün olmasa da uğurlu gün olacaq.

Asan qələbələr gözləməyin. Hər şeyi vaxtında etmək üçün çox çalışmalı olacaqsınız. Səyahət zamanı gözlənilməz gecikmələr, kiçik problemlər və yorucu anlaşılmazlıqlar baş verə bilər.

Ancaq qanınızı qaraltmayın. Hər hansı bir qeyri-müəyyən vəziyyətdən çıxış yolunu necə tapacağınızı və bundan faydalanacağınızı tez bir zamanda başa düşəcəksiniz.

Dostlar bu gün sizi şad xəbərlər və maraqlı təkliflərlə sevindirəcək. Məqsədlərinizi və maraqlarınızı bölüşən insanlarla gələcək üçün planlar qura bilərsiniz. Bu sizi ruhlandıracaq.

Əkizlər, 7 dekabr, 2023-cü il

Siz səbirsiz və israrlısınız.

Düşündüyünüz hər şeyi mümkün qədər tez yerinə yetirməyə çalışırsınız. Buna görə də bəzən xoşagəlməz hallar yaranır. Ətrafınızdakı insanlar çox zaman sizinlə ayaqlaşa bilmirlər.

Onlar sizin niyə belə hərəkət etdiyinizi başa düşə bilmirlər. Ancaq bütün kəskin münasibətləri yoluna qoymaq mümkündür.

Yumor hissi tez-tez bu işdə sizə kömək edəcək.

Təkcə sizi deyil, yaxınlarınızı da narahat edən məsələlərin müzakirəsini təxirə salmaq tövsiyyə edilir. Hər kəsin bəyənəcəyi bir həll yolunu tapacaqsınız.

Xərçəng, 7 dekabr, 2023-cü il

Yeni işlərə başlamaq üçün əlverişli gündür. Bir çox problemlərin həllinin öhdəsindən gəlməyi bacardığınızı bilirsiniz.

İntuisiya sizi aldatmayacaq. Bəzi Xərçənglər əvvəlki təcrübələrindən faydalanacaqlar. Məhz bunun sayəsində kiçik səhvlərə belə yol verməyəcəksiniz.

İnsanlarla çox yaxşı anlaşırsınız. Gün xoşunuza gələn biri ilə görüşmək üçün mükəmməldir.

Günün ikinci yarısı ailədə xoş hadisələr, qohumlardan biri ilə bağlı xoş xəbərlər vəd edir.

Şir, 7 dekabr, 2023-cü il

İşlərinizin çox olmasına baxmayaraq, ciddi məsələlərin həlli üçün münasib gündür. Əvvəllər edə bilmədiyiniz işlərin öhdəsindən gələ biləcəksiniz.

Bunun üçün siz təşəbbüs göstərməli olacaqsınız. İşgüzar danışıqlar yaxşı gedir, ideyalarınızla hər kəsi maraqlandıra bilirsiniz.

Xoş sürprizlər və taleyin hədiyyələri gözlənilir. Siz uğur qazanmaq üçün hər fürsətdən istifadə etməyə çalışırsınız.

Cəsarətli təcrübələriniz uğurlu olacaq. Ətrafınızdakı insanlar sizə heyranlıqla baxır.

Kimsə ilk baxışdan sizə aşiq ola bilər.

Qız, 7 dekabr, 2023-cü il

Günün birinci yarısı sakit keçməyəcək. Fikir ayrılıqları yarana bilər, bəzən siz hətta yaxınlarınızla xırda şeylərə görə mübahisə edirsiniz. Ancaq hər saat vəziyyət yaxşılığa doğru dəyişəcək. Sevinc üçün daha çox səbəb yaranacaq və yeni imkanlar açılacaq. Günün ortası rəsmi sənədləri tərtib etmək və dövlət qurumları ilə əlaqə saxlamaq üçün əlverişlidir. İstənilən bürokratik maneələri tez dəf etməyi bacarırsınız.

Axşam sizin üçün əziz və ruhən yaxın insanlarla ünsiyyət üçün münasibdir. Vacib şeylər haqqında danışa, düşüncələrinizi paylaşa bilərsiniz.

Tərəzi, 7 dekabr, 2023-cü il

Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Bu gün həqiqətən çox yaxşı iş görürsünüz. Mürəkkəb problemlər tez həll olunacaq, başqalarının uğursuzluğa düçar olduğu və geri çəkildiyi yerdə siz üstünlük əldə edirsiniz. Fikirlərinizi bölüşməkdən çəkinməyin. Mütləq dəstək alacaqsınız.

Gün sizin üçün xüsusilə əziz olan insanla səmimi söhbət üçün münasibdir. Anlaşılmazlıqlara son qoyacaqsınız. Hər kəsin ruhunda nə olduğunu yaxşı başa düşürsünüz. Bir çox Tərəzilər öz hisslərini və istəklərini anlamağa başlayıblar. Bu günlərdə onlar özlərini daha inamlı hiss edəcəklər.

Əqrəb, 7 dekabr, 2023-cü il

Günün ilk yarısı heç bir iş üçün tələsməyin. Belə olarsa, gün yaxşı keçə bilər. Gün içində hər bir addımınızı düşünüb, atmalısınız. Danışığınıza da fikir verin.

Mənfi duyğulara qapılmayın. Köhnə dostalr tərəfindən verilən məsləhətləri dinləməyə dəyər. Çünki onlar sizin görmədiklərinizi dəgörə bilirlər.

Günün ikinci yarısı yarımçıq işlərə qayıdacaq və köhnə səhvləri düzəltməyə çalışacaqsınız. Keçmiş haqqında düşünmək faydalı ola bilər.

Bundan sonra nə edəcəyinizə qərar verə biləcəksiniz. Axşamı sakit və yorucu olmayan fəaliyyətlərə həsr etmək tövsiyyə edilir. Çalışın ki, axşam saatlarında yuxunuzu qaçıran işlər görməyəsiniz.

Oxatan, 7 dekabr, 2023-cü il

Günün əvvəlində sakit qalmaq asan olmayacaq. Günün birinci yarısı hər hansı bir xırda şey sizi narahat edəcək. Hətta köhnə tanışlarınız da sizi düzgün başa düşmür. Bəzən yeni tanışlarla ortaq dil tapmaq çox çətin ola bilər. Amma müsbət tendensiyaların təsiri sürətlə artacaq. Həyat yaxşılaşır və başqaları ilə ünsiyyət asanlaşacaq.

Günün ikinci yarısı əlverişli və asan olacaq. Bu vaxt cəsarətli planları həyata keçirmək üçün əladır.

Ətrafınızdakı insanlar sizin planlarınızı dəstəkləməyə bilər. Amma siz uğur qazandığınız zaman, onlar mütləq sevinəcəklər.

Oğlaq, 7 dekabr, 2023-cü il

Günün ilk yarısı şübhə və düşüncə içində keçəcək.

Günün birinci yarısı xırda problemlərə qapılmayın. Prinsipcə heç bir əhəmiyyət kəsb etməyən problemlər haqqıdan uzun müddət düşünməyə dəyməz. Başınız mənasız, xırda problemlərə qarışarsa, vacib bir məsələni gözdən qaçıra bilərsiniz.

Bir müddət sonra tamamilə fərqli bir zaman başlayacaq. Uğur qazanmaq üçün aktiv hərəkət etməli olacaqsınız. Çətin problemin həllinin öhdəsindən bacarıqla gələcək, son vaxtlar çoxlarını narahat edən suala cavab tapacaqsınız. Qeyri-adi görüş gözlənilir. Bu görüş sizdə güclü təəssürat yaradacaq və uzun müddət yaddaşlarda qalacaq.

Dolça, 7 dekabr, 2023-cü il

Səbirli olun. Səbr bu gün sizə lazım olacaq. Son zamanlar həyatınızda hər şeyi çətin əldə edirsiniz. İstəkləriniz dərhal nəticə vermir. Adətən nəticə əldə etmək üçün bir neçə dəfə cəhd etməli olursunuz. Siz təslim olmursunuz. Yaxşı edirsiniz. Heç kim sizə kömək etməsə də, özünüz tək başına güclüsünüz.

Günün birinci yarısı çətin olacaq. Amma zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Axşama doğru ulduzların dəstəyi çox nəzərə çarpacaq. Bu dövrdə sizi həyatınızda mühüm rol oynaya biləcək mühüm məsələ və ya görüş gözləyir. Bəzi xoş sürprizlər və uğurlu təsadüflər gözlənilir.

Balıq, 7 dekabr, 2023-cü il

Nə olursa olsun, sakit qalmağa çalışacaqsınız. Bu, ətrafınızdakıları təəccübləndirir. Çünki onlar sizin istənilən hadisəyə kəskin reaksiya verməyinizə öyrəşiblər.

Əvvəllər sizin haqqınızda aşağı fikirdə olanlarda yaxşı təəssürat yaratmağı bacaracaqsınız.

Bədxahlar nə qədər yanıldıqlarını anlayacaq və sizin tərəfinizi tutacaqlar.

Gün mürəkkəb və vacib işlərin görülməsi üçün münasibdir. Başqalarının addım ata bilmədiyi yerlərdə uğur qazanmağın yollarını dərhal başa düşürsünüz. Tanıdığınız insanlar tez-tez məsləhət almaq üçün sizə müraciət edəcək və məsləhətlərinizə əməl edəcəklər.
Print Email
FaceBook Twitter Google