Ulduz falı: 8 dekabr, 2023-cü il
Qoç, 8 dekabr, 2023-cü il

Günün birinci yarısı narahatlıqlarla dolu olacaq.

Hər şeyi ürəkdən qəbul edərək, istənilən xırda problemlərə görö əsəbiləşəcəksiniz. Bəzən düşüncələrinizi toplamaq və diqqətinizi biznesə cəmləmək çətin olur. Yaxınlıqda ciddi səhvlərdən qaçmağa kömək edə biləcək insanlar var.

Bir müddət sonra sizin üçün əhəmiyyətli olan mürəkkəb məsələlərin həlli üçün uyğun dövr gələcək. Ətrafınızdakılardan çox şey öyrənir, faydalı təcrübədən öyrənmək fürsətini əldən vermirsiniz. Gözlənilməz mənbələrdən nağd pul daxilolmaları ola bilər.

Buğa, 8 dekabr, 2023-cü il

Həmfikir insanlar sizə məqsədinizə çatmağınıza kömək edəcək. Siz təkbaşına hərəkət edəcəksiniz. Çox zaman sərf edəcək, istədyiniz nəticəni əldə edərək, çox yorulacaqsınız.

Maliyyə məsələlərini həll etməyə tələsməyin. Son zamanlar maliyyə məsələlərində siz qeyri-ciddiliyə meyllisiniz. Bu da çox vaxt lazımsız xərclərlə nəticələnir.

Bu gün insanlarla ünsiyyət həmişəkindən daha asan və xoş olacaq. Sizdən fərqli olan insanları belə yaxşı başa düşürsünüz. Bəzi Buğalar uzun müddət görmədikləri insanlardan xoş xəbərlər alacaqlar. Anlaşılmazlıqlar və ya xoşagəlməz hallar səbəbindən bitmiş münasibətləri bərpa etmək şansı olacaq.

Əkizlər, 8 dekabr, 2023-cü il

Günün birinci yarısı aktiv hərəkət etməyə dəyər. Bu saatlar xüsusilə əlverişli olacaq.

Boş söhbətlərə vaxt itirməsəniz, bir neçə saat ərzində çox şeyə nail ola bilərsiniz. Sizdən asılı olan işlərə xüsusi diqqət yetirin. Bu yolla uğura daha tez nail ola bilərsiniz.

Günün ikinci yarısı daha sakit keçəcək.

Köhnə işlərə qayıtmaq faydalı olacaq. İndi onları tamamlaya bilərsiniz. Sevdiklərinizlə ünsiyyətdə olmaq sizi xoşbəxt edəcək. Onlar sizin bir çox səylərinizi dəstəkləyəcək və bir çox cəhətdən kömək edəcəcklər. Axşam Əkizlərə xoş sürprizlər vəd edir.

Xərçəng, 8 dekabr, 2023-cü il

Həqiqətən istəməsəniz də, hərəkət etmək məcburiyyətindəsiniz.

Hər şeyi sonraya qoymaq istəyi nə qədər güclü olsa da, təslim olmayın. Çünki bu gün çoxdan arzuladığınız hər şeyə nail ola bilərsiniz.

Bəzi Xərçənglər, məqsədlərinə çatmaq üçün yeni yollar tapmalıdırlar. Bəzən bu sizi əsəbiləşdirə bilər, amma ilk uğurlarınızı əldə edəndə sakitləşəcəksiniz.

Müttəfiqlərinizi diqqətlə seçməyə çalışın. Gün ünsiyyətdə ehtiyatlı olmağı tələb edir. Hamı ilə səmimi olmamağa çalışın.

Axşam ailə tədbirləri üçün əlverişli olacaq. Evdə istirahət sizi rahatlaşdıracaq.

Şir, 8 dekabr, 2023-cü il

Əsəbi və həyəcanlı olmasanız gün yaxşı keçəcək. Emosiyalara qapılmayın. Etdiyiniz hər bir hərəkətin ciddi nəticələri ola bilər. Bunu nə qədər tez başa düşsəniz, bir o qədər yaxşıdır. İşdə risklərdən qaçın. Sübut edilmiş üsullarla hərəkət etmək tövsiyə edilir.

Nağd pul daxil olma ehtimalı var. Onlar əhəmiyyətli olmasa da, yenə də bəzi xoş alış-verişlər etməyə imkan verəcək.

Yalnız sizin üçün deyil, yaxınlarınız üçün də faydalı ola biləcək şeyləri seçməyə çalışın. Axşam sevdiyiniz insanla ünsiyyət, romantik görüş üçün münasib olacaq.

Qız, 8 dekabr, 2023-cü il

Parlaq və yaddaqalan bir gündür. Çətinliklərin tamamilə qarşısını almaq mümkün deyil. Bu daha çox peşəkar sahədə yaranacaq. Amma siz hər şeyi yaxşı bacarırsınız.

Bəzən başqalarının təcrübəsi sizə kömək edəcək. Amma öz bilikləriniz və təcrübələriniz də faydalı olacaq. Köhnə işgüzar əlaqələri gücləndirmək və yeni əlaqələr əldə etmək imkanı yaranacaq.

Həddindən artıq yorulmayın. Bu gün gücünüzə qənaət etməlisiniz. Tezliklə vacib bir iş üçün ona ehtiyacınız olacaq. Köhnə tanışlarla görüşə bilərsiniz. Onlar tez-tez maraqlı məlumatlar paylaşacaq və cazibədar təkliflər alacaqsınız.

Tərəzi, 8 dekabr, 2023-cü il

Səhər bəzi xırda çətinliklər yarana bilər. Amma müsbət tendensiyaların təsiri hər saat artacaq. Siz bunu hiss edəcəksiniz. Ulduzların dəstəyi sayəsində əvvəllər çox zəhmət tələb edən bir işin öhdəsindən gələ biləcəksiniz.

Bəzi Tərəzilər çoxdan başladıqları işləri tamamlaya biləcəklər.

Günün ikinci yarısı sakit keçəcək. Hər şeydə uğur qazana bilməyəcəksiniz. Amma vacib və aktual məsələlərin öhdəsindən tezliklə gələcəksiniz.

Təkcə sizi deyil, ailə üzvlərini də narahat edən məsələləri müzakirə etmək üçün əlverişli zamandır.

Hər kəsin xoşuna gələcək həll yolu tapmaq mümkün olacaq.

Əqrəb, 8 dekabr, 2023-cü il

Günün əvvəlində köhnə tanışlarla belə anlaşmaq çətin olacaq. Şərhləriniz kimin üçünsə xoşagəlməz ola bilər. Amm siz bunu düşünmədən bəzən çox sərt ola bilirsiniz.

Tez-tez ətrafınızdakı hər kəsi tənqid edirsiniz. Amma işlər ciddi münaqişə ilə nəticlənməyəcək.

Tezliklə müsbət tendensiyaların təsiri artacaq və siz vəziyyəti sakitləşdirmək istəyəcəksiniz.

Günün ikinci yarısı sakit, rahat və əlverişli olacaq. Bu zaman Əqrəbləri çoxlu xoş sürprizlər gözləyir. Nağd pul daxilolmaları gözlənilir. Bu vəsaitlər çox faydalı olacaq. Uğurlu alış-veriş edəcəksiniz.

Oxatan, 8 dekabr, 2023-cü il

Səbirli olun. Onsuz bu gün uğur qazana bilməyəcəksiniz. Bəzi köhnə işlərə qayıtmalı olacaqsınız. Artıq sizin üçün maraqlı olmayan bir işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Bəzən əhvalınız pisləşəcək. Amma neqativ emosiyalara boyun əyməyəcəksiniz.

Gün ünsiyyət üçün əlverişlidir. Bir çox insan sizi dəstəkləməyə və hansısa şəkildə kömək etməyə çalışacaq. Bütün işlərinizi təkbaşına bacarsanız belə, köməkdən imtina etməyin. Müttəfiqləriniz sayəsində məqsədinizə daha tez çatacaq, gözəl vaxt keçirəcəksiniz. Sizə maraqlı fikirlər bəxş edəcək uğurlu təsadüflər gözlənilir.

Oğlaq, 8 dekabr, 2023-cü il

Çox fərqli insanlarla ünsiyyət qura bilər, çoxlarına yanaşma tapa bilərsiniz. Köhnə əlaqələr sizin üçün çox faydalı olacaq. Bir müddət əvvəl vacib xidmətlər göstərdiyiniz şəxslər bu gün sizə təşəkkür etməyə çalışacaqlar. İş və təhsillə bağlı xoş xəbərlər gözlənilir.

Sizin səyləriniz sayəsində son zamanlar təkcə sizi deyil, yaxınlarınızı da narahat edən ailə problemi həll olunacaq. Hər kəs üçün vacib olan məsələləri müzakirə etmək, ümumi planlar üzərində qərar vermək mümkün olacaq.

Romantik münasibətlərdə təşəbbüskar sizsiniz. Bu hər zaman dəstəklənir.

Dolça, 8 dekabr, 2023-cü il

Siz israrlı, qətiyyətlisiniz. Məqsədlərinizə çatmaq üçün hər şeyi etməyə hazırsınız. Kimsə sizə müqavimət göstərə bilməyəcək. Rəqibləriniz başa düşəcəklər ki, sizin tərəfinizi tutmağın vaxtı çatıb. Həm işgüzar, həm də şəxsi münasibətlərdə dəyişikliklər gözlənilir.

Gün içində həddindən artıq yorulmamağa çalışın. İndi özünüzə qayğı göstərməli və mümkünsə stresli vəziyyətlərdən qaçmalısınız. Sizi xoşbəxt edən fəaliyyətləri seçin, ilham mənbələri axtarın.

Öz həyatınızı və yaxınlarınızın həyatını daha maraqlı etmək gücünə sahibsiniz. Ailə üzvləriniz səylərinizi həvəslə dəstəkləyəcəklər.

Balıq, 8 dekabr, 2023-cü il

Tələsməyin və əsəbləşməyin. Tələsik qərarlar verməyin. Gün narahat olmaq üçün çoxlu səbəblər gətirəck. Lakin siz münasibətləri müsbət saxlamaq və ruhdan düşməmək gücünə sahibsiniz.

Daha əvvəl başladığınız işləri yarım buraxmayın. Kifayət qədər səbirli olsanız, bu gün onları tamamlayacaqsınız. Nağd pul daxil olacaq.

Köhnə borcları qaytaracaqsınız.

Qeyri-adi görüşlər gözlənilir. Bəzən həyat sizi haqqında çox maraqlı şeylər eşitdiyiniz insanlarla qarşılaşdırır. Uzun müddətdir ki, diqqətinizi çəkən biri ilə yaxından tanış olmaq imkanınız olacaq.
Print Email
FaceBook Twitter Google