Ulduz falı: 9 dekabr, 2023-cü il
Qoç, 9 dekabr, 2023-cü il

Günün birinci yarısı hadisələrlə dolu keçəcək. Boş söhbətlərə vaxt itirməsəniz, bir neçə saat ərzində çox şeyə nail ola bilərsiniz. Təkbaşına hərəkət etmək tövsiyyə edilir. Çünki siz təkbaşına olduğunuz zaman gördüyünüz işlər daha az səy tələb edir.

Qeyri-adi iş təklifləri ola bilər. Bəzi Qoçlar çoxdan arzuladıqları işləri tam olaraq həyata keçirə biləcəklər.

Günün ikinci yarısı adi sadə işlərlə məşğul olmaq üçün münasibdir. Bu işlər sizə darıxdırıcı görünməyəcək. Siz bütün işlər yüksək səviyyədə həyata keçirirsiniz. Yalnız sizi deyil, süvdiyiniz insanları da sevindirəcək xoş xəbərlər alacaqsınız.

Buğa, 9 dekabr, 2023-cü il

Faydalı işlərin həyata keçirilməsi üçün də münasib gündür. Bu işlər çətin olsa da, siz bütün işlərin öhdəsindən gələ biləcəksiniz. Səhv etməyəcək və gözlədiynizdən daha az vaxt sərf edəcəksiniz.

Bəzi Buğalar bu gün başqalarına kömək edəcək və öz davranıçlarından həzz alacaqlar. Bu gün həm də uzun müddət dost qalacağınız və ya bir ömür sevə biləcəyiniz biri ilə tanış ola bilərsiniz.

Buğa istirahət etməyi çox sevmir. Bu gün də istirahət etməyəcək. Çünki o boş oturmaq istəmir, hər zaman bir işlə məşğul olmağa çalışır.

Amma bir qədər istirahət sizə zərər verməz. Gücünüzü bərpa etməli sabah sizi gözləyən vacib işlər üçün hazır olmalısınız.

Əkizlər, 9 dekabr, 2023-cü il

Günün birinci yarısı işgüzar baxımdan əlverişli olacaq. Bu dövr, yeni bir iş götürmək üçün doğru zamandır. Məqsədinizə necə çatacağınızı tez bir zamanda anlayacaqsınız. Köhnə və yeni dostlar hər zaman sizə kömək etməyə hazır olacaqlar.

Əvvəllər sırf peşəkar olan münasibətlər rəsmi münasibətdən səmimi bir münasibətə çevrilə bilər.

Bu gün həm də, romantik hekayənin başlanğıcı da mümkündür.

Günortadan sonra düşünmək üçün çox probleminiz olacaq.

Sizə sülh və sakitlik lazımdır. Heç kimin diqqətinizi yayındıra bilməyəcəyi, sakit bir yer tapın. Əvvəllər hansı səhvlərə yol verdiyinizi və indi onları necə düzəldə biləcəyinizi müəyyən edə biləcəksiniz.

Xərçəng, 9 dekabr, 2023-cü il

Günün əvvəlində xırda problemlər və yorucu anlaşılmazlıqlar gözlənilir. Amma bu anlaşılmazlıqlar sizi çox incitməyəcək.

Baş verənləri yumorla qəbul etməyi bacarırsınız. Ətrafınızdakı insanlar bu yanaşmanızı bəyənir, sizi daha yaxından tanımaq istəyirlər.

İdeyalarınız nüfuzlu insanlar tərəfindən bəyənilir. Bu gün çox güclü müttəfiqlər tapmaq şansı var.

Günün ikinci yarısı əlverişli və məhsuldar olacaq. Yalnız özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görəcəksiniz. Bəzi Xərçənglər mürəkkəb gündəlik məsələləri uğurla həll edəcəklər. Eviniz üçün lazım olan əşyaları ala bilərsiniz.

Şir, 9 dekabr, 2023-cü il

Tələsməyin. Günün ilk yarısında çətinliklər yarana bilər. Ancaq onlar üçün çox narahat olmamalısınız. Çünki asanlıqla idarə edə biləcəyiniz kiçik problemlərlə qarşılaşaacqsınız. Maliyyə işlərinizə xüsusi diqqət göstərin. Səhər saatlarında böyük alış-veriş etməmək, kredit götürməmək tövsiyyə edilir.

Günün ikinci yarısı yüngül, rahat və əlverişli keçəcək. Sizi sevindirəcək xəbərlər eşidəcəksiniz. Uğurlu bir hadisə bəzi köhnə səhvləri tez və asanlıqla düzəltməyə, həmçinin çoxdan planlaşdırılanları yerinə yetirməyə imkan verəcək. Dostlarla gözlənilməz görüşlər əhvalınızı yüksəldəcək.

Qız, 9 dekabr, 2023-cü il

Son zamanlar haqqında çox düşündüyünüz mürəkkəb və çaşqın bir məsələni bu gün raat şəkildə başa düşə biləcəksiniz. Bu gün keçmiş səvlərinizi düzəltmək üçün doğru gündür.

Diqqətli olsanız, bütün suallarınıza cavab tapacaqsınız. Bir vaxtlar əməkdaşlıq etdiyiniz insanlarla gözlənilməz görüşlər ola bilər. Yeni peşəkar perspektivlərin açılması mümkündür.

Sevdiklərinizlə ümumi dil tapmaq sizin üçün asan olmayacaq. Burada günahkar tərəf sizsiniz. Görünən odur ki, sizi insanları eşitmir və ya başa düşmürsünüz. Ancaq münaqişənin qarşısını almaq sizin ixtiyarınızdadır. Sakit və mehriban olsanız, hər şey tezliklə yoluna düşəcək.

Tərəzi, 9 dekabr, 2023-cü il

Günün başlanğıcı çoxlu yaxşı ideyalar gətirəcək. Düzdür, bu ideyaların dərhal həyata keçirilməsi mümkün deyil.

İntuisiya həlledici hərəkət üçün əlverişli məqamın nə vaxt gəldiyini sizə xəbər verəcək.

Köhnə və yeni tanışlarınızdan çox şey öyrənəcəksiniz. Onlar öz təcrübələrini sizinlə həvəslə bölüşəcək, hansı çətinliklərlə qarşılaşdıqlarını və onların öhdəsindən necə gəldiklərini deyəcəklər.

Günün ikinci yarısı kifayət qədər yorucu, lakin məhsuldar olacaq. Bəzi xırda məsələlərin öhdəsindən gələ biləcəksiniz.

Uzun müddətdir ki, istədiklərinizi niyə əldə edə bilmədyinizin səbəbini öyrənəcəksiniz. Qeyri-adi görüşlər gözlənilir. Bu görüşlər sizdə güclü təəssürat yaradacaq və sizi ruhlandıracaq.

Əqrəb, 9 dekabr, 2023-cü il

Ünsiyyət üçün əla gündür. Siz hər kəsdə yaxşı təəssürat yaratmağa qadirsiniz. Hətta yeni tanışları sevindirmək və ya köhnə tanışlarla barışmaq üçün çox cəhd etməyə ehtiyac görmürsünüz.

Sizə qarşı romantik maraqları olan insanlarla tanış olaacqsınız. Əgər kiməsə simpatiya hiss edirsinizsə, bu da qarşılıqlı olacaq.

Dəqiqlik, konsentrasiya və kiçik detallara diqqət tələb olunan işlərdə bəzi çətinliklər yaranacaq. Tez-tez diqqətiniz yayınacaq.

Son günlər böyük səhvlər edirsiniz və onları vaxtında görəbilmədyiniz üçün bu sizə baha başa gəlir. Əgər vacib bir işlə məşğulsunuzsa, hər şeyi düzgün etdiyinizə bir daha əmin olmaq üçün, vaxt ayırın, gördüyünüz işləri gözdən keçirin.

Oxatan, 9 dekabr, 2023-cü il

Fikirlərinizi toplamaq və düzgün qərar vermək sizin üçün çətin olacaq. Siz tez-tez emosiyaların təsirinə düşür, ağlınıza gələn ilk şeyi söyləyir, istədiyiniz ilk addımı atırsınız.

Oxatanlar təsadüfi insanların onların işlərinə qarışmasını sevmirlər. Gərgin anlar və qızğın mübahisələr ola bilər. Ancaq ciddi problemlərdən qaçmağı bacarırsınız.

Yaradıcılıq və improvizasiya bacarığı lazım olan yerdə uğur qazana bilərsiniz. Həyatda bir çox şeyə başqalarından tamamilə fərqli baxırsınız. Bu sizin üstünlüyünüzə çevrilir. Ətrafınızdakı insanlar qələbələrinizi görür və onlara heyran olurlar.

Oğlaq, 9 dekabr, 2023-cü il

Əsəbi və çətin gün olsa da, bunun öhdəsindən gələcəksiniz. Tez, aktiv hərəkət etmək lazımdır. Bunu bəyəndiyinizi deyə bilməzsiniz. Ancaq bilirsiniz ki, indi başqa çıxış yolu yoxdur. Buna görə də mübahisə etmədən işlərinizi yoluna qoymağa çalışırsınız. Çoxdankı müttəfiqlərinizə arxalana bilərsiniz, onlar sizi ruhdan salmayacaqlar. Yeni tanışlar bəzən qəribə davrana bilərlər. Siz onlarla ehtiyatlı olmalısınız.

Qeyri-adi kəşflər və təəccüblü xəbərlər gözlənilir. Bu gün öyrəndikləriniz həyatınızda böyük dəyişikliklərin başlanğıcı ola bilər. Tezliklə ciddiləşəcək romantik münasibət başlaya bilər.

Dolça, 9 dekabr, 2023-cü il

Qeyri-adi hadisələr baş verəcək. Əvvəllər haqqında çox az bildiyiniz bir addım atacaqsınız. Bu sizin üçün çətin olacaq, amma maraqlı olacaq. Əvvəllər heç kimin ağlına gəlməyən ideyaları irəli sürəcəksən. Ətrafınızdakı insanlar sizin biznesə qeyri-adi yanaşmanıza, eləcə də tamamilə yeni situasiyada cəld hərəkət etmək bacarığınıza heyran qalacaqlar.

Uğurlu səfərlər gözlənilir. Dünyanın o biri ucuna getməyə ehtiyac yoxdur. Hətta evə çox yaxın olan hansısa mənzərəli yerdə sizi sevindirici xəbərlər, gözəl əval-ruhiyə gözləyir. Uzun müddət yaddaşlarda qalacaq qeyri-adi görüşlər və tanışlıqlar gözlənilir.

Balıq, 9 dekabr, 2023-cü il

Günün başlanğıcı sizin üçün çox çətin olacaq. Xırda problemlərə görə, həmişəkindən daha tez-tez əsəbləşəcəksiniz. Heç bir işiniz yolunda getməyəcək. Bu da sizi əsəbləşdirəcək. Önəm verdiyiniz insanlarla mübahisə etməməyə çalışın. Vəziyyəti zarafatla aradan qaldırmaq və istənilən söhbəti konstruktiv istiqamətə çevirmək gücün var. Çox vaxt hamının bəyəndiyi həll yolunu tapmağı bacarırsınız.

Müxtəlif insanlarla ünsiyyət üçün mükəmməl olan asan və əlverişli bir dövr gələcək. Bir çox insana, hətta sizin kimi çox tələbkar olanlara belə asanlıqla yanaşma tapacaqsınız.
Print Email
FaceBook Twitter Google