Günün ulduz falı - 23 dekabr
Qoç - günün ilk yarısında hadisələrin axarını, baş verən olayları
obyektiv dəyərləndirin. Hər hadisənin arxasında məkrli rejissorun
durduğunu düşünməyin. Bununla belə,
sayıqlığı əldən verməyin. Rəqiblərin hazırladığı tora
düşməyin.Günün ikinci yarısında mühüm işi ertələyin. Saatlar
keçdikcə bədbinləşmək əvəzinə, yaşamın pozitiv yönlərini
qiymətləndirərək əhvalınızı yaxşılaşdırın.
Buğa - ən kiçik məsləhət və ya nəzakətli iraddan inciməyin. Hamının
sizə qarşı olduğunu düşünməyin. Ətrafınızda baş verənləri ürəyinizə
salmayın. Münasibətlərin aydınlaşdırılmasına başlamayın.
Münaqişələrə yol verməyin.Günün ikinci yarısında maliyyə
əməliyyatında sayıq və diqqətli olun. Yaxınlarınızdan belə,
şübhələnməyin. Müstəqil işləsəniz, bir qədər tək qalsanız,
yaxşıdır.
Əkizlər - günün ilk yarısında şəxsi mənafeyi absolyuta çevirməyin.
Təşəbbüskar olun, rəqiblərin sizi qabaqlamasına imkan verməyin.
Mübahisələrlə münaqişələrdən uzaq durun. Qarşıdurma vəziyyətində
ortaq məxrəc tapmağa can atın.Günün ikinci yarısında işdə
rəhbərliklə görüşməyə can atmayın. Mühüm anlaşma və ya önəmli
sövdələşmə zamanı deyil.
Xərçəng - maddi rifaha və pula həris olmayın. Sadə, təvazökar
davransanız, daha ciddi uğurlar əldə edə bilərsiniz. İnkişafın
perspektivlərindən bədgüman olmayın. Bu və digər hadisələrin gerçək
mənasını, məğzini və səbəblərini anlamağa çalışın.Yaxın
perspektivlə bağlı planlarınızı günün ikinci yarısında
yaxınlarınızla müzakirə edin. Nəzərdən qaçırdığınız mühüm
detallardan biri üzə çıxacaq, mübahisə və ya dartışmalara səbəb
olacaq.
Qız - günün ilk yarısında yaşanacaq olaylardan biri tərəfdaş və ya
yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizdə son
vaxtlar müşahidə edilən problemlərin səbəblərini faş edəcək.
Düşünülməmiş sözlər deməyin, tələsik hərəkətlər etməyin. Yeni
münaqişənin səbəbkarına çevrilməyin. Günün ikinci yarısında kiçik
hadisələr və mənasız işlər münasibətlərinizi korlaya bilər. Dəyər
verdiyiniz insanın qeyri-adekvat davranışı gərginlik yaratmasın.
Fəqət bəzilərinin əməlləri sarsaqlıq təsiri bağışlasa da,
emosionallıq etməyin.
Tərəzi - günün ilk yarısı məmurlar və ya dövlət orqanlarının
mənsubları ilə ünsiyyət üçün əlverişli zaman deyil. Bədbinliyə
qapılmayın. Əhvalınız yaxın ətrafınızdakı insanlarla münasibətlərə
təsir edəcək. Heç bir əsas olmadan etibarlı tərəfdaşınızdan
şübhələnməyin.Günün ikinci yarısında aktiv olun. Səhhətinizə fikir
verin.
Əqrəb - günün ilk yarısına mühüm işləri planlaşdırıbsınızsa,
neqativ emosiyalara qapılmayın. Nikbin olun, fəaliyyət sahənizdə
irəliləməyə çalışın. Kommersiya tərəfdaşlarınızdan biri və ya
həmkarınızla təmaslarda gərginlik yarana bilər. Texniki avadanlıqla
ehtiyatlı davranın.Günün ikinci yarısında sənədləşdirmədə sayıq
olun. Biliklərinizi artırın, gərəkli informasiyanı arayın.
Oxatan - günün ilk yarısında maliyyə əməliyyatları aparmayın.
Pulunuzla risk etməyin. Əks təqdirdə ciddi maliyyə itkiləri verə
bilərsiniz.Daşınmaz əmlakla bağlı anlaşma və ya müqavilənin
müzakirəsini ertələyin.Günün ikinci yarısında situasiyaya təsir
etmək çətinləşəcək. Mövqelərinizi nəyin bahasına olursa-olsun,
qorumağa çalşımayın. Münaqişəli vəziyyətdə diqqətli davranın.
Oğlaq - günün ilk yarısında xoşagəlməz hadisələr yaşana bilər. Bu
olaylara layiq olduqlarından artıq önəm verməyin. Saatlar keçdikcə
olaylar bir-birlərini əvəzləyəcək. Bundan sonrakı yaşamınıza
müəyyən təsir edə biləcək insanla qarşılaşacaqsınız. Günün ikinci
yarısında hiyləgər rəqiblə üzləşmək ehtimalınız var. Amma narahat
olmayın: nüfuzlu hami və yaxın dost sizə yardımlar edəcəklər.
Dolça - əhvalınız sürətlə dəyişəcək. Uzun müddətdən bəri birlikdə
çalışdığınız tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Səbəb
şəxsi maraqlardır. Səhhətinizə fikir verin. Sükan arxasında
ehtiyatlı davranın.Günün ikinci yarısında tanışlarınızdan birinin
avantür ideyasının irrasionallığını anlamağa çalışın. Amma ideya
müəllifini dərhal sərt tənqid etməyin, onun absurd təklifini
müzakirəyə çıxarmayın.
Balıqlar - günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm
anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər,
layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb
edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil. Günün ikinci
yarısında ürək-damar sistemində fəsadları olanların halı pisləşə
bilər. Şəxsi münasibətlərdə stabillik pozulacaq. Yaxınlarınızdan
birini sakitləşdirməli olacaqsınız.