Ulduz falı: 27 dekabr, 2023-cü il
Qoç
Yeni başlanğıclar üçün əlverişli gündür. Bu gün çoxlu maraqlı
təkliflər olacaq. Çox tərəddüd etmədən, bir çox təkliflərlə
razılaşa bilərsiniz. Köhnə tanışlarla ünsiyyətdə olmaq sizi xoşbəxt
edir.
Onlar sizinlə xoş xəbərləri bölüşür və bir çox ideyalarınızı
dəstəkləyirlər.
Gün romantik görüş üçün də münasib olacaq. Əgər kimdəsə yaxşı
təəssürat yaratmaq istəyirsinizsə, bunu çətinlik çəkmədən edə
biləcəksiniz.
Sevdiyiniz insanla ümumi dil tapmaq sizin üçün çox asandır.
Bir-birinizi mükəmməl şəkildə başa düşürsünüz. Bəzi vacib
məsələləri fikir ayrılığından qorxmadan müzakirə edə
bilərsiniz.
Buğa
Siz enerjili, qətiyyətli və inamlısınız. Heç bir maneə sizi
dayandırmağa və planlarınızı yarım buraxmağa məcbur edə bilməz. Siz
bütün problemləri həlledə bilirsiniz. İstəyənlərə həvəslə kömək
edir, yaxınlarınızdan imtina etməməyə çalışırsınız.
Təşəbbüskar olmaq faydalıdır.
Ətrafınızdakılar həmişə sizi dəstəkləyir və ən cəsarətli
ideyalarınızı belə təsdiqləyirlər.
Günün ikinci yarısı qohumlarla ünsiyyət və bəzi ailə hadisələri
üçün əlverişli olacaq.
Ümumi mülkiyyət və maliyyə ilə bağlı məsələləri müzakirə edə
bilərsiniz. Hər kəsin bəyənəcəyi bir həll tapacaqsınız.
Əkizlər
Günün əvvəlində mühüm qərarlar verməsəniz yaxşıdır.
Bu dövr, emosiyaların çox güclü olduğu bir dövrdür və onların
təsiri altında sonra peşman olacağınız bir addım ata
bilərsiniz.
Sizi yaxından tanıyan insanlar böyük məsləhətlər verəcəklər. Onları
dinləməyə dəyər.
Günün ikinci yarısı uğurlu olacaq. Yaxşı xəbərlər var.
Bəzi Əkizlər taleyindən narahat olduqları insanlardan xəbər
alacaqlar. Bəzi köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz
şəxslərlə barışmaq şansı olacaq. Siz yaxınlarınıza
diqqətlisiniz.
Onlar da sizi diqqətdən kənar saxlamır, qarşılıq verirlər.
Xərçəng
Vacib bir iş haqqında düşünmək və yaxınlarınızla ciddi məsələləri
müzakirə etmək üçün əlverişli gündür. Siz qeyri-ciddilik göstərmir,
şansa və ya vəziyyətlərə deyil, öz güclü tərəflərinizə
güvənirsiniz. Bu isə, səhvlərdən, yalan gözləntilərdən və boş
ümidlərdən qaçmağa imkan verir.
İstirahət haqqında düşünməyi də unutmayın. Gün sağalmaq, dirçəlmək,
toparlanmaq üçün əlverişli olacaq.
Bəzi sağlamlıq prosedurlarını həyata keçirməyə çalışın. Onlar sizin
üçün çox təsirli olacaq. Günorta kiçik alışlar üçün münasibdir. Siz
hər şeyi səhvsiz seçə bilirsiniz.
Şir
Sakitliyinizi itirməyin və günün əvvəlində baş verəcək problemlərə
boyun əyməyin.
Günün birinci yarısında soyuqqanlılığı qorumaq o qədər də asan
olmayacaq. Gün içində ətrafınızdakı insanlar sizi düzgün başa
düşməyəcək, çox vaxt ən sadə işləri belə, bir-iki dəfə izah etməli
olacaqsınız.
Yumor hissi sizə çox kömək edəcək. Onun sayəsində bir çox kobud
münasibətləri qaydasına qoya biləcəksiniz.
Günün ikinci yarısı çox asan olacaq. Əhval-ruhiyyəniz
nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.
Başqaları ilə anlaşma asanlaşacaq.
Romantik sürprizlər də daxil olmaqla, xoş sürprizlər mümkündür.
Bəzi Şirlər gizli xəyallarını qurduqları etirafları
eşidəcəklər.
Qız
Günün əvvəlində kiçik itkilər və yorucu anlaşılmazlıqlar
gözlənilir.
Bu dövr, alış-veriş üçün ən yaxşı vaxt deyil. Çünki siz bu
saatlarda pula qeyri-ciddi yanaşa və xırda şeylərə əhəmiyyətli
miqdarda pul xərcləyə bilərsiniz. Zaman keçdikcə müsbət
tendensiyaların təsiri artacaq.
Bu gün ulduzların dəstəyi daha çox nəzərə çarpacaq.
Günorta çətin məsələləri düşünmək, onları yaxınlarınızla müzakirə
etmək və həll yolu tapmaq üçün əla zamandır.
Bəzi fikir ayrılıqları yaransa belə, qızğın mübahisədən,
inciklikdən, qarşılıqlı iddialardan qaça biləcəksiniz.
Tərəzi
Əla gün keçirəcəksiniz. Çox şey gözlədiyinizdən daha yaxşı olacaq.
Siz diqqətlisiniz, başqalarının görmədiyi fürsətləri tez görür və
həmişə onlardan yararlanmağa çalışırsınız. Çoxdan qarşınıza
qoyduğunuz hansısa məqsədə çatmaq və ya çox səy sərf edilmiş işi
uğurla başa çatdırmaq şansı olacaq.
Başqaları ilə ünsiyyət qurmaq asan olacaq. Çünki bir çox insanı
mükəmməl şəkildə başa düşə bilirsən.
Uzun müddətdir yanaşma tapa bilmədiyiniz şəxslərlə uzun sürən
mübahisələrə son qoymaq, münasibət qurmaq imkanınız olacaq. Çətin
məsələləri müzakirə edə biləcəksiniz. Bütün çıxılmaz məsələlərdə
kompromis əldə etmək şansı olacaq.
Əqrəb
İşləri qaydaya salmaq və lazımsız hər şeydən qurtulmaq üçün yaxşı
gündür. Hər gün gördüyüün ev işləri sizə konstruktiv əhval-ruhiyyə
qazanmağa kömək edəcək. Bir çox Əqrəblər öz hisslərini və
istəklərini başa düşür və yaxın gələcəkdə nəyə diqqət etməli
olduqlarını yaxşı bilirlər.
Bəzi köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz insanlarla
barışmaq fürsəti yaranacaq. Ətrafınızdakı insanlar səmimiyyətinizi
və açıqlığınızı bəyənirlər.
Kimsə sizi daha yaxından tanımaq və dostluq etmək istəyəcək.
Romantik hekayələr də başlaya bilər.
Oxatan
Gərgin və narahat gündür. Çox fərqli insanlarla ünsiyyət qurmalı
olacaqsınız.
Hər kəsə bir yanaşma tapmalısınız. Başqaları bu işlərin öhdəsindən
gələ bilmir. Amma sən dahisən.
Yeni müttəfiqlər tapaacqsan. Ümumi səbəblər sizi
yaxınlaşdıracaq.
Bu gün əməkdaşlığa başladığınız insanlarla tezliklə dostluq edə
biləcəksiniz.
Gözlənilməz səfərlər ola bilər.
Qonaqalrınız ola bilər. Onlar uzun müddət yanınızda qalmaq istəyə
bilərlər.
Bəzi Oxatanlar başqalarının qayğısına qalmaq üçün planları
dəyişməli, öz işlərini bir kənara qoymalı olacaqlar. Baş verənlərm
əhvalınızı pozmayacaq.
Oğlaq
Gün təcrübə və həyəcan gətirəcək.Hər şeyin bir səbəbi var. Amma bu
günki həyacan və təcrübələr daha ciddi qəbul etdiyiniz xırda
məsələlərə aiddir.
Yaxınlıqda sizə dəstək ola biləcək, yaxşı məsləhətlər verə biləcək
və ya sadəcə qulaq asa biləcəyiniz birinin olması yaxşı olar.
Ciddi söhbətləri təxirə salmaq daha yaxşıdır.
Faydalı işlər görməyə çalışın. Bunlar ən sadə gündəlik tapşırıqlar
ola bilər. Gördüyünüz işlər sizi xoşagəlməz düşüncələrdən
yayındıracaq. Tezliklə nəticə əldə etmək fürsəti ilə sizi
sevindirəcək.
Qeyri-adi fikirlər yaranacaq. Tezliklə onları dostlarınızla
birlikdə həyata keçirəcəksiniz.
Dolça
Sizin üçün uğurlu gündür. Son zamanlar üzərində düşündüyünüz bir
çox məsələlər öz-özünə və sizin üçün ən sərfəli şəkildə həll
olunacaq.
Əvvəllər rəqib hesab etdiyiniz insanlar sizin tərəfinizi
tutacaqlar. Onların bu dəstəyi çox yerindədir.
Dostluq və ya romantik münasibətlər başlaya bilər.
Yaxınlarınızla ünsiyyət sizin üçün çox xoşdur.
Gün Dolçaların ailə üzvlərinə də çoxlu xoş anlar bəxş edəcək. Kiçik
bir ev şənliyi, hər kəsin gözəl vaxt keçirəcəyi mehriban bir məclis
üçün bir səbəb olacaq.
Balıq
Təlaşlı, narahat keçsə də, yenə də yaxşı gündür. Çox maraqlı şeylər
öyrənəcəksiniz.
Aldığınız məlumatlar ziddiyyətlidir. Bu səbbədən də eşitdiyiniz
bütün məlumatları iki dəfə yoxlamaq tövsiyyə edilir.
Gün sizə gözəl ideyalar verə, qeyri-müəyyən vəziyyəti həll etməyə
kömək edə bilər.
İnsanlar niyə belə davrandığınızı başa düşmürlər.
Siz hər şei izah etməyi, səbrli olmağı bacarırsınız.
Son zamanlar bəzi mühüm maliyyə və ya əmlak məsələsinin həllini
gözləyən Balıqlar üçün gün xoş xəbərlər vəd edir.