Günün ulduz falı - 29 dekabr
Qoç - risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan
qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini
sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən
bəhrələnin.
Buğa - yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün
sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə
qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.
Əkizlər - sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən
təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə
bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə
salın.
Xərçəng - günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar.
Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata
bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.
Şir - olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə
rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək
haqqında düşüncələr yolunuzu gözləyir.
Qız - işlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli
nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama
yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.
Tərəzi - ilin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt
tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç
olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.
Əqrəb - günün birinci yarısını süst şəkildə başa vursanız da,
sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla
qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.
Oxatan - astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün
müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə
üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola
çıxmayın.
Oğlaq - çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan
təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən
də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak
etməlisiniz.
Dolça - əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla
üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə
qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə
salmayın.
Balıqlar - son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli
olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik
qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə
etməyin.