"Marneuli" radiosu 8 yanvar, 2024-cü il tarixi üçün ulduz
falını təqdim edir:
Qoç
Bu gün nə qədər çalışsanız da, sakit qala bilməyəcəksiniz.
Emosional fonunuz qeyri-sabit olacaq. Siz həmişəkindən daha
gərginsiniz. Xırda problemləri belə ürəyinizə salır,demək olar ki,
hər şeyə reaksiya verirsiniz.
Amma bu xarakteriniz başqaları ilə yaxşı münasibət qurmağınıza mane
olmur. İşlədiyiniz insanlar sizinlə bir çox cəhətdən əməkdaşlıq
edir, kobud münasibətləri qaydasına salmağa çalışırlar.
Gün bəzi çətin işlərin öhdəsindən gəlmək və mürəkkəb problemləri
həll etmək üçün mükəmməldir. Enerjinizi dinc istiqamətə
yönəldin.
Axşama qədər nə qədər faydalı işlərə nail ola bilməyiniz sizi belə
təəccübləndircək.
Buğa
Bu gün sizin üçün cəsarətli planlar günüdür. Ağlınıza gələn
ideyaalr bu günə qədər heç kimin ağlına gəlməyib.
Bəzi tanışlar sizə paxıllıq edirlər. Bu sizə təəcüblü
gəlməməlidir.
Amma hələ də ətrafınızda səmimi, sizinlə maraqlanan və
planlarınızın həyata keçirilməsində köməkliklərini təklif edəcək
insanlar var.
Təəccüblü və hətta taleyüklü təsadüflər ola bilər. Məsələn, son
vaxtlar çox darıxdığınız, ancaq özünüzə etiraf etməyə belə cəsarət
etmədiyiniz bir insanla qarşılaşa bilərsiniz. Bu gün köhnə
əlaqələri bərpa etmək üçün münasibdir. Təşəbbüs etməkdən
çəkinməyin.
Əkizlər
Böyük məhsuldar gün olacaq. Heç yerə tələsməyin. Bu gün
planlaşdırdığınızdan daha çox iş görə biləcəksiniz. Çətin görünən
şeylərin öhdəsindən çox tez gələ bilirsiniz.
Bu gün diqqətinizi uzun müddətdir ki, yarım buraxdığınız işlərə
verə bilərsiniz. Başa düşəcəksiniz ki, uğur qazanmaq üçün hansısa
yeni üsuldan istifadə etmək lazımdır. Bunun üçün isə, sizdə kifayət
qədər qətiyyət və özünə inam var.
Köhnə dostlarla görüşmək sizin üçün çox xoş olacaq. Onlar sizə şad
xəbərlər gətirəcək və sizi sevindirmək üçün bir yol tapacaq.
Gözlənilməz hədiyyələr ala bilərsiniz. Bu hədiyyələr kiçik və ucuz
olsa da, sevgi ilə seçilmiş hədiyyələr olacaq.
Xərçəng
Heç bir işiniz bu gün plana uyğun getməyəcək. Gün çoxlu sürprizlər
gətirəcək. Başqa zaman bu sizi narahat edər və əsəbiləşdirərdi,
amma bu gün sizi sevindirir. Təcrübə etməyi, yeni bir işləri
sınamağı xoşlayırsınız və hətta vacib qərarları tələsik qəbul etmək
ehtiyacı belə sizi narahat etmir.
Köhnə dostlar, qohumlar və digər yaxın insanlarla ünsiyyət üçün
əlverişli gündür. Söhbət üçün çox maraqlı mövzular olacaq.
Yeni planlar yarana bilər. Çox gözəl ideyalarınız var. Bəzi
insanlar onların həyata keçirilməsində sizə kömək etmək
istəyəcəklər.
Şir
Heç nə asan şəkildə əldə edilmir. Bəzən planlarınıza çatmaq üçün
ciddi səylər göstərməlisiniz. Bu sizi heç narahat etmir. Siz çox
işləməyə hazırsınız. Yol boyu keçilməz maneələr olmayacaq. Kiçik
problemlərin öhdəsindən dərhal gələcəksiniz. Köhnə dostlarınızın
sizə dəstək olması sizi sveindirəcək.
Onların sayəsində siz hər zaman hər şeyi düzgün edə bilirsiniz.
Gün aşiq Şirlər üçün əlverişli gündür. Bu gün hisslərini etiraf
etmək və romantik münasibətlərdə təşəbbüs göstərmək üçün uyğun
gündür. Niyyətinizdə ciddisinizsə, təxəyyülünüzü işə salmaqdan
qorxmayın. Bu, sevdiyiniz insanda qalıcı təəssürat yaradacaq.
Qız
Bu gün üçün nə planlar qursanız da, onları dəyişdirməyə hazır olun.
Çünki günün ilk yarısı sürprizlər, gözlənilməz hadisələr, sizi
planlarınızı kənara buraxıb, diqqətinizi onlara yönəltməyə məcbur
edəcək xəbərlərlə doludur. Düzdür bundan məmnun deyilsiniz. Lakin
şikayət etmək üçün də ciddi bir səbəbiniz olmayacaq.
Gün ümumiyyətlə yaxşı keçəcək.
Ünsiyyət üçün əla gündür. Gülmək üçün çoxlu səbəblər olacaq.
Ünsiyyətdə olduğunuz hər kəsin ruhunu qaldırırsınız. Bir çox
insanın niyə sizinlə dostluq etmək istəməsi və niyə ilk baxışdan
sizə aşiq ola bilməsi başa düşüləndir.
Tərəzi
Heç bir işiniz plana uyğun getməyəcək, amma buna sevinəcəksiniz.
Gün çoxlu yeni imkanlar açacaq.
Birini də qaçırmaq istəməyəcəksiniz. Təəccüblü təsadüflər
gözlənilir. Onların sayəsində uzun müddətdir cavablandırılmayan
sualları necə həll edəcəyinizi başa düşəcəksiniz.
Gözlənilməz görüşlər mümkündür. Bəzi Tərəzilər gizli şəkildə görmək
arzusunda olduqları insanlarla təsadüfən qarşılaşacaqlar. Bir
vaxtlar əziz olan insanlarla münasibətləri bərpa etmək şansı
olacaq. Ancaq çalışın ki, yələsməyəsiniz. Həqiqətən nə istədiyinizi
anlamağa çalışın.
Əqrəb
Günün əvvəlində bəzi bezdirici çətinliklər yarana bilər. Xırda
anlaşılmazlıqlar ən güçlü Əqrəblərin belə əhval-ruhiyyəsini poza
bilər.
Amma xoşbəxtlikdən, bu uzun müddət davam etməyəcək.
Günün ikinci yarısında xoş hadisələr baş verəcək, xoş xəbərlər
eşidəcəksiniz. Uzun müddətdir sizi narahat edən problemi həll etmək
şansı yaranacaq.
Axşam saatlarında insanlarla ünsiyyət qurmaq asanlaşacaq. Çox vaxt
əvvəllər ortaq dil tapa bilmədiyiniz insanlar belə sizi başa
düşəcək. Uzun müddət mübahisə etdiyiniz biri ilə barışmaq üçün də
ideal gündür.
Oxatan
Səhər yuxdan bir qədər gec durmağa çalışın.
Çünki səhərlər yuxudan tez durmaq sizi əsəbi edir. Günün ikinci
yarısında istənilən vacib məsələləri müzakirə etməyə dəyər. Uzun
mübahisələrdən qaça bilər, hər kəsin bəyənəcəyi bir həll yolu tapa
bilərsiniz.
Digər vaxtlarda sizi tez yora bilən gündəlik işlər günortadan sonra
asanlaşacaq və darıxdırıcı görünməyəcək.
Onlara yaradıcılıqla yanaşmağı bacarırsınız.
Bu səbəbdən də, sizə kömək etmək istəyən çox olacaq. Axşam Oxatan
bürcünü sevənlər üçün romantik sürprizlər vəd edir.
Oğlaq
Son zamanlar haqqında düşündüyünüz məsələləri həll etmək üçün yaxşı
gündür.
Əgər əvvəllər bir neçə variantı müqayisə etməli edərək,ən yaxşısını
seçməkdə tərəddüd etmişdiniz. Amma bu gün nə etməli olduğunuz sizə
tam aydındır. Bu sizi ruhlandıracaq. Ətrafınızdakılar uğurunuza
şübhə etsələr də, siz onları həvəsləndirməyin bir yolunu
tapırsınız.
Dostlarla görüşmək üçün əla gündür. Onlara baş çəkə və ya evinizdə
ziyafət təşkil edə bilərsiniz.
Birgə səyahət xoş təəssürat yaradacaq. Günün ikinci yarısı maliyyə
baxımından uğurlu olacaq. Alış-veriş və əməliyyatlar üçün
əlverişlidir.
Dolça
Sakit gün bir gün keçirəəcəksiniz. Bu gün narahat olmaq üçün ciddi
səbəbləriniz olmayacaq.
Səhərdən axşama kimi ulduzların dəstəyini hiss edəcəksiniz. Özünə
inam çox vaxt uğur qazanmağa kömək edəcək. Çətinliklərlə
qarşılaşsanız belə, geri çəkilmirsiniz, seçdiyiniz yolu davam
etdirərək məqsədinizə çatırsınız.
Gözlənilməz səfərlər mümkündür. Qonaqlar imtina etmək
istəməyəcəyiniz xoş xəbərlər və ya təkliflər gətirəcəklər.
İş və ya biznesin inkişafı ilə bağlı gözəl ideyalar yarana bilər.
Bir müddət sonra onları həyata keçirə biləcəksiniz.
Balıq
Narahat olmayın, gün yaxşı keçəcək. Sakit olun, işlər plana uyğun
getməsə belə, gələcəyə nikbinliklə baxın. İndi sizin inamınızdan
çox şey asılıdır. Bir dəqiqə belə itirməməyə çalışın.
Köhnə dostlarla söhbət etmək xoş olacaq.
Onlar maraqlı təkliflər irəli sürür və sizi güldürməyin min cür
yolunu tapırlar. Günün ikinci yarısı istənilən yaradıcı fəaliyyət
üçün əlverişli zamandır. Bəzi Balıqlar yeni istedadlarını kəşf
edəcəklər.