Soyuq havalarda insanların ən çox əziyyət çəkdiyi problem
boğaz ağrısıdır.
"Marneuli" radiosu boğaz ağrısını aradan qalıran bitki çayarını
təqdim edir:
Adaçayı:
Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız
və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin
uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün
dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1
stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə
dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.
Boğaz quruluğuna qarşı nanə çayı
Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın
yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu
səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks
probleminiz varsa, uzaq durun.
Boğaz ağrısına qarşı nar qabığı
Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına
səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını
tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar
qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10
dəqiqə dəmləyin və için.
Mixək göynəmə hissini aradan qaldırır
Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə
hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı
antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək
içəcəyiniz çaya əlavə edə bilərsiniz.
Biyan kökü bəlğəmi aradan qaldırır
Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin
yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü
əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz.
Mənbə: Saglamolun.Az