Əgər bir arzunuz və xəyallarınız varsa onu yerinə yetirməkdən qorxub, qaçmayın - istedadlı rəssam Sənan Cəlilov deyir (FOTO)
16
yaşlı Sənan Sadaxlı kəndində yaşayır və həmin kəndin 2 saylı
məktəbininin 11-ci sinif şagirdidir.
Sənan rəsm çəkmək bacarığı ilə öz yaşıdlarından seçilir. O, artıq 6
ildir ki, Marneuli Gənclər Mərkəzində fəaliyyət göstərən rəsm
dərnəyində rəssamlığın incəliklərini öyrənir.
“İlk dəfə 3 yaşımda olarkən maşın şəkilləri çəkirdim.
4-cü sinifdən başlayaraq daha gözəl və mənzərəli şəkillər çəkməyə
başladım. Bu maraq məndə xalamdan və anamdan irəli gəlir. Elə bu
marağımı görən valideynlərim hələ 10 yaşımda olarkən məni
Marneulidə yerləşən “Tea House”-da (“Çay Evi”) fəaliyyət göstərən
rəsm kursuna yazdırdılar. Artıq 6 ildir ki, rəsmlə məşğul
oluram”, – Sənan deyir.
Sənanın sözlərinə görə, rəsm çəkdiyi zamanlar özünü olduqca rahat
və yaxşı hiss edir. O, bildirir ki, ən çox insan portreti çəkərkən
insanın ağız nahiyəsində çətinlikləri olur. Buna baxmayaraq Sənan
deyir ki, insan portretini çəkməyə marağı digər rəsmlərə nisbətən
daha çoxdur. Hətta o, sifariş ilə insan portretləri də çəkir. İlk
dəfə müəllimi üçün çəkdiyi şəkildən 25 lari pul götürüb və həmin
pula isə yeni və rəngli karandaşlar alıb. Dostları Sənanın çəkdiyi
şəkilləri çox bəyəndikləri üçün rəssamlığa davam etməsini məsləhət
görürlər.
Gənc rəssam, çəkdiyi şəkillərin “Tea House” da payız aylarından
başlayaraq sərgilənəcəyini bildirdi.
Rəsm çəkməklə məşğul olmasına baxmayaraq o, gələcəkdəki ən böyük
arzusunun memarlıq olduğunu bildirdi.
Müəllif: Dürdanə
Xudiyeva
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166