Tom və Cerri canlı aktyorlarla ekranlara qayıdır - VİDEO
10:55 / 19.11.2020
Məşhur cizgi filmi qəhrəmanları Tom və Cerri həqiqi aktyorlarla ilk
tammetrajlı filmdə ekranlara qayıdır.
Artıq filmin treyleri yayımlanıb.
Kadrlardan belə aydın olur ki, müəlliflər personajların orijinal
dizaynlarını qorumaq qərarına gəliblər. Onlar elə cizgi filmində
olduğu kimi danışmırlar.
Lakin hər şey reallıqda baş verir; ikinci dərəcəli rollarda həqiqi
aktyorlar oynayır. Ssenari bütövlükdə dəyişməz olaraq qalıb: Tom
nədənsə Cerridən canını qurtarmağa çalışır.