Tərk edilmiş kinoteatrın yeni həyatı
Bolnisi kinoteatrının binası illər ərzində tərk edilmişdi. Fəaliyyətsiz qalmış kinoteatrın tavanı, divarları və döşəməsi xarab olub, təmirə ehtiyac var. Ancaq buna baxmayaraq gənclər yenə də kinolar nümayiş etdirirlər.

2014-cü ildən Bolnisi gənclərinin təşəbbüs qrupu kinoteatrı canlandırmağa qərar verib. Ondan sonra uzun yol keçiblər, çox sayda problemlə qarşılaşıblar. Ancaq buna baxmayaraq məqsədlərinə nail oldular və artıq iki aydır ki, kinoteatrda filmlər nümayiş etdirilir.

“Buraya gələn hər hansı şəxs görür ki, bina qəzalı vəziyyətdədir. Ancaq bir halda ki, işə başlanılıb, binada hər şeyin ideal olacağı məqamı gözləməyəcəyik”, – Bolnisi kinoteatrı təşəbbüs qrupunun üzvlərindən Lazare Qobacişvili bildirdi.

Daha ətraflı: ↓


Print Email
FaceBook Twitter Google