Tbilisidə “Türkün Şanlı Zəfəri” adlı tədbir keçirilib (FOTO)
7 dekabr tarixində Mirzə Fətəli Axundovun Tbilisidə fəaliyyət göstərən ev muzeyində “Türkün Şanlı Zəfəri” adlı tədbir keçirilib. Tədbir “Gənclərin Töhfəsi İctimai Birliyi”, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi” və “BEEZ” Uşaq Teatrının tərəfdaşlığı ilə “Şuşa ili” çərçivəsində baş tutub. Bu barədə “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu “Marneuli” radiosuna məlumat verdi. Onun sözlərinə görə, tədbir çərçivəsində festival da baş tutub. Gürcüstandan festivala qoşulan gənclər özlərinin çəkdikləri rəsm əsərləri nümayiş etdiriblər.

Binəli İslamoğlu onu da bildirdi ki, “Türkün Şanlı Zəfəri” adlı müsabiqə də keçirilib. Qaliblərin adları yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, qaliblərin mükafatlandırılması mərasimi Azərbaycanın Şuşa şəhərində keçiriləcək. Şuşaya isə birinci, ikinci və üçüncü yerə çıxan qaliblər gedəcəklər.

Tbilisidə keçirilən tədbiri layihənin rəhbəri Məhsəti Hüseynova açaraq qonaqları salamlayıb və qonaqlara layihə haqqında məlumatlar verib. Daha sonra tədbir iştirakçılarına söz verilib. Onlar da öz çıxışlarında bu cür tədbirin keçirilməsinin önəmindən danışıblar. Qeyd ediblər ki, bu cür tədbirlər tez-tez keçirilməlidir.

Daha Sonra “BEEZ” Uşaq Teatrının kollektivi şeirlər səsləndiriblər.

“Türkün Şanlı Zəfəri” adlı tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Ramel Lətifov, Qardabani bələdiyyəsinin icra başçısının müavini Fuad Mirzəyev və digər rəsmi şəxslər, gənclər və maraqlanan şəxslər iştirak ediblər.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google