Marneuli Mədəniyyət Mərkəzi hansı yeni il tədbirlərini təklif edir
Marneuli Mədəniyyət Evi yeni il həftəsi çərçivəsində keçiriləcək tədbirləri elan edib. Mədəniyyət Mərkəzi 2023-cü ilin gəlişinə həsr edilmiş fəaliyyətlərin həyata keçirilməsinə 8 dekabrda yerli rəssam Xəyalə Mustafayevanın fərdi sərgisini keçirməklə başlayıb. Bu gün, 21 dekabr tarixində Mədəniyyət Mərkəzinin vokal studiyasının yeni il konserti planlaşdırılır. Konsert saat 15:00-da başlayacaq.

Planlaşdırılan tədbirləri və qrafiki sizə təqdim edirik:
  • 22.12.2022- “İriao” Etno-caz qrupunun konserti (Mədəniyyət Nazirliyinin dəstəyi ilə)-saat 16:00.
  • 23.12.2022- Marneuli şəhərinin İctimai Kitabxanasının tədbiri – uşaq yazıçıları ilə yeni il görüşü – saat 15:00
  • 23.12.2022 – “Sehrli ziyafət” teatr tamaşası (premyera 1 seans) – saat 17:00.
  • 25.12.2022 –
  • 26.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar nümayiş 2 seans) (1 seans aztəminatlı uşaqlar üçün) – saat 17:00 və 18:00
  • 27.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar nümayiş) saat 17:00 və 18:00
  • 27.12.2022- Musiqi məktəbinin şagirdlərinin yeni il konserti – saat 16:00
  • 28.12.2022- Amerika Guşəsinin yeni il tədbiri (Səfirlikdən spiker, oyunlar, karaoke, hədiyyələrin verilməsi və s.) saat 14:00
  • 28-29.12.2022 – Mədəniyyət Mərkəzi və Armen Hovanesyanın Kukla Teatrının kənddə yaşayan uşaqlara birgə hədiyyəsi – “Armenin kuklalarının yeni il səyahəti” kukla konserti (məkan 5 kəndin bağçası; pulsuz nümayişlər)

 

Print Email
FaceBook Twitter Google