Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci
ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən "Marneuli"
radiosuna məlumat verilib.
Məlumatda bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından
yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı
əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə
(ilk üç yeri tutanlar ) təltif olunacaqlar.
Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının
24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyində təltif ediləcəklər.
"Hörmətli Gürcüstan vətəndaşları,
Məlum olduğu kimi, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalı Soyqırımı kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına
zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə
hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını
törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli
atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə
amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613
soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi
qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici
hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata
keçirilərkən 8 ailə tamamilə məhf edilmiş, 25 uşaq hər iki
valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum
edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov
götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək
məlum deyil.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Xocalı
Soyqırımının 31-ci ildönümü ilə bağlı rəsm müsabiqəsi elan edir.
Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında
qeyd olunan mövzü üzrə ən yaradıcı əsərə malik olan şəxsləri
Səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar )
təltif olunacaqlar.
Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının
24-də Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyində Səfir Faiq Quliyev tərəfindən
təltif olunacaqlar".
Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20
fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı
səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4)
təqdim etməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumat almaq
istəyən şəxslərdən Səfirliyin aşağıda qeyd olunan telefon nömrəsi
ilə əlaqə saxlamaları xahiş olunur: +995-577-60-60-06.