Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının hazırladığı “Öldür məni, əzizim” tamaşası nümayiş
etdiriləcək.
Premyera 18 iyun tarixində saat 19:00-da Marcanişvili Teatrının
kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay
Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.
Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Leyla Qasımova və
Aidə Tağıyeva iştirak edirlər.
Tamaşa türk yazıçısı Ə.Nesinin “Öldür məni, əzizim” pyesinin
əsasında hazırlanıb və komediya janrındadır.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Qiorqi
Apxazavadır. Tamaşanın rəssamı isə Nino Kitiadır.
Biletlərin qiyməti 10 laridir və biletləri biletebi.ge saytından
əldə edə bilərsiniz:
biletebi.ge
Tamaşanın keçiriləcəyi ünvan: Marcanişvili teatrı, Marcanişvili
küçəsi 8, Tbilisi, Gürcüstan.