Meriya “One Caucasus” festivalı üçün 42 000 lari dəyərində tender elan edib
Marneuli meriyası “One Caucasus” tədbirinin təşkilatçılıq xidməti üçün 42 000 lari dəyərində tender elan edib. Musiqili festival Marneulidə, Tserakvi kəndində avqust ayında keçiriləcək. Yerli özünüidarə konsert səhnəsinin quraşdırılması, səhnənin effektlər və işıqlandırmalarla təmin edilməsi, səsləndirmə aparaturası, səs rejissoru və asistent, işıqlandırma üzrə rejissor, konsert səhnəsinin qurulması və dizel-generator xidməti əldə etməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 12-15 avqust tarixlərində təkliflərini göndərə bilərlər. Qalib şirkət 2023-cü ilin 24 avqustundan 27 avqust tarixinə qədər, davamlı şəkildə 4 gün ərzində qeyd olunan aparatura, cihazları təmin etməli və müvafiq xidmət göstərməlidir (sifarişcinin qeyd etdiyi yerdə).

“One Caucasus” festivalı Marneulidə 2014-cü ildə keçirilir və bələdiyyədə keçirilən yeganə beynəlxalq festivaldır. Festvalda iştirak etmək təmənnasızdır. Eləcə də Tbilisidən və Marneulidən nəqliyyat təmin edilir. Festival ərzində çadır açmaq üçün nəzərdə tutulmuş ərazidən təmənnasız istifadə edə bilərsiniz.

“One Caucasus Festivalında unudulmaz təcrübəyə hazırlaşın. Festivalda müxtəlif mədəniyyətlər bir-biri ilə qarşılaşır! İncəsənət, mədəniyyət və birlik bayramını birlikdə qeyd edək. Festival çərçivəsində biz bütün dünyadan olan incəsənəti, musiqiçiləri, arxitektorları, pedaqoqları və könüllüləri birləşdiririk”, – “One Caucasus”-un feysbuk səhifəsində yazılıb.

Nə gözləməlisiniz:
  • Qafqazdan və onun sərhədlərindən kənar musiqiçilərin iştirak etdiyi vahid beynəlxalq musiqili layihələr.
  • Müasir sənət adamlarının Tserakvi kəndində yaradacağı möhtəşəm vizual incəsənət proqramı.
  • Çoxfəaliyyətli “One Caucasus” şəhərciyini, arxitektorlar, könüllülərvə yerli sakinlər tərəfindən yaradılmış məkan və rəngarəng fəaliyyətləri kəşf et.


Print Email
FaceBook Twitter Google